Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-01-2015, 11:42)
Müxalifət parlament seçkisi ilə bağlı nə qərara gəldi?

“Konkret qərarların vaxtı gəlib çatıb, biz də bu qərarların ərəfəsindəyik”

 

 
Müxalifət partiyalarının yeni formatda birliklər yaratmasının vacibliyi haqda təkliflər verilməkdədir. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, 2015-ci il parlament seçkilərində birlik istiqamətində siyasi partiyalar yeni konfiqurasiyalar tapmalıdır. Ənənəvi qaydalarda birliklər səmərə vermir.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə dünən bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əməkdaşlıq formatları barədə müzakirələr gedir. Hələlik nəticəsindən danışmaq tezdir: “2015-ci il parlament seçkiləri ilə bağlı məsləhətləşmələr aparılır. O cümlədən Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki 7 partiyanın iştirakı ilə təxminən 19 partiyanı əhatə edən müəyyən məsləhətləşmələr aparılıb. Proses mümkün qədər tez yekunlaşmalıdır”. 
P.Hüseyn vurğuladı ki, parlament seçkilərində əməkdaşlıq müxtəlif dərəcəli ola bilər. Məsələn, ola bilər seçkidə birgə iştirakla bağlı seçki bloku olmasın, amma seçkilərin müşahidəsi ilə bağlı bir əməkdaşlıq formatı ola bilər: “Yəni seçkilərdə əməkdaşlıq çoxpilləlidir. Ona görə də bir formatdan danışmaq düzgün olmaz”.
 
Pənah Hüseyn onu da dedi ki, istənilən partiyanın deputatlığa namizədlərini indidən elan etmək, cəmiyyətə açıqlamaq hüququ var. Yaxın vaxtlarda hansısa partiya tərəfindən belə bir addım atılarsa, bunu normal qarşılamaq lazımdır. 
AXP sədri sonda məlumat verdi ki, 2015-ci il parlament seçkiləri ilə bağlı ümumi danışıqlar artıq qurtarıb: “Artıq konkret qərarların vaxtı gəlib çatıb. Biz də bu qərarların ərəfəsindəyik. Sadəcə, qərarlar qəbul edilmədiyi üçün mən düzgün saymıram açıqlama verməyi. Ancaq onu deyə bilərəm ki, şəxsən mənim üçün və bir çox partiyalar üçün bu müzakirələr yekunlaşıb. Yaxın vaxtlarda nəticələr olacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024