Sağlamlıq (5-11-2015, 17:08)
D vitamini çatışmazlığının 7 əlaməti
D vitamini çatışmazlığından əziyyət çəkənlərin sayı qış aylarında sürətlə artır. Havanın soyuması, günlərin qısalması səbəbi ilə vaxtımızın çoxunu qapalı məkanlarda keçiririk. Belə olduqda dəri günəşdən faydalana bilmir və orqanizmdə D vitamini azalır.
Mediatv.az xəbər verir ki, araşdırmalar göstərib ki, insanların çoxu D vitamini çatışmazlığı ilə üzləşdiyinin fərqində olmur. Ancaq bu, kifayət qədər geniş yayılmış bir problemdir. Belə ki, statistika ABŞ vətəndaşlarının 32 faizinin bu problemdən əziyyət çəkdiyini göstərir.
Günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün xüsusi kremlərdən istifadə edənlər, vaxtının çoxunu qapalı məkanlarda keçirənlər, yaşı 50-ni ötənlər daha böyük risk altındadır.
Orqanizminizdə D vitamini çatışmazlığı olub-olmadığını anlamaq üçün Publika.az-ın təqdim etdiyi 7 əlaməti diqqətdə saxlayın!
1. Tünd dəri rəngi
Dərisi tünd rəngdə olanların D vitamini çatışmazlığından əziyyət çəkmələri labüddür. Çünki onların orqanizmi D vitaminini açıq dəriyə sahib olanlarla müqayisədə daha az istehsal edir.
2. Halsızlıq, kefsizlik
Ruh halına təsir edən və insana xoşbəxtlik verən serotonin hormonu işıqlı havada artır, qış aylarında isə azalır. 2006-cı ildə aparılan araşdırmalar göstərib ki, D vitamini çatışmazlığından əziyyət çəkənlər depressiyaya meyilli olurlar.
3. Yaşınız 50-ni ötüb?
Yaşlanan dəri daha az D vitamini istehsal edir. Üstəlik, yaşlı insanlar vaxtlarının çoxunu evdə keçirirlər. Bu da D vitamini çatışmazlığına gətirib çıxarır.
4. Köklük
Bədəndəki əzələlər və yağlar D vitaminini yığıb saxlayır. Yəni kök, həmçinin əzələli bədən quruluşuna sahib olanların orqanizmləri daha çox D vitamininə ehtiyac hiss edir.
5. Sümüklər sızıldayır
Mütəmadi olaraq sümükləriniz sızıldayır, özünüzü yorğun hiss edirsiniz? Böyük ehtimalla bunun səbəbi D vitamini çatışmazlığıdır.
6. Başın tərləməsi
Həkimlərin fikrincə, D vitamini çatışmazlığının əsas əlaməti başın tərləməsidir.
7. Bağırsaq problemləri
Bağırsaq xəstəliklərindən əziyyət çəkirsinizsə, orqanizminizdə D vitamininin azalması ehtimalı yüksəkdir.(publika.az)