Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (15-08-2015, 17:24)
Çarəsi olmayan xəstəliklər - Siyahı

Elm tibb sahəsində kifayət qədər nailiyyətlər əldə edib

 

 Məsələn, hazırda bir çox xəstəliklərin müalicəsi və izahı tapılıb. Bununla belə, hələ də, həkimləri çaşbaş salan və çarəsi tapılmayan xəstəliklər az deyil.
 
Tibb elminin də aciz olduğu və çarəsini tapmadığı bir sıra xəstəliklər:
 
Letargik ensefalit (beyin iltihabı)
Bu xəstəlik XX əsrdə peyda olarkən bir çox insanları dəhşətə gətirmişdi. Əvvəlcə xəstələrdə hallüsinasiya qeydə alınır, sonda isə onlar iflic olurlar. İlk baxışdan xəstənin yuxuda olması güman edilir, lakin əslində bu insanların şüuru üzərində olur. Bir çoxları bu xəstəlikdən vəfat edirdi. Sağ qala bilənlər isə həyatının sonuna kimi Parkinson xəstəliyinə düçar olurdu. Son zamanlar bu xəstəlik özünü göstərmir. Lakin epidemiyanın yaranma səbəbləri hələ də məlum deyil.
 
Kəskin mielit
Mielit onurğa beyninin iltihabıdır. Bu xəstəlik uşaqlarda nevroloji problem yaradaraq iflic vəziyyətə salır. Xəstəlik əleyhinə vaksin tapıldıqdan sonra həkimlər mielitə qalib gəldiyini güman etdi. Buna baxmayaraq, xəstəlik hələ də, dünyanın müxtəlif yerlərində tüğyan etməkdəkdədir.
 
“Partlayan baş” sindromu
Bu xəstəliyə yoluxan insanlar beynində möhkəm səslər və partlayışlar eşidir. Bəzən isə bu insanlar işıq qığılcımlarını da görür. Həkimlər isə hələ də, bu səs və işıq effektlərinin haradan qaynaqlandığını tapa bilmir. Az tədqiq edilmiş xəstəliyin yuxu pozuntusu ilə əlaqəli olması ehtimal olunur.
 
Qəfil uşaq ölümü sindromu
Bu xəstəlik tamamilə sağlam uşağın qəfil ölümü ilə müşayiət olunur. Bəzən isə körpə yuxuda ikən vəfat edir. Bu sindromun yaranma səbəbləri məlum deyil.
 
Suya qarşı allergiya
Bu xəstəlikdən əziyyət çəkən insanların dərisi suya qarşı həssas olur. Belə ki, su ilə təmas insanlarda xəstəlik yaradır. Bununla belə, suya qarşı allergiya nadir hallarda rast gəlinir. Hazırda bu xəstəlik 50-ə yaxın adamda qeydə alınıb.
 
Braynerd ishalı
Bu xəstəlik ilk dəfə qeydə alındığı şəhərin şərəfinə adlandırılıb (ABŞ-ın Minnesota ştatında yerləşən Braynerd şəhəri). Xəstəliyə düçar olan şəxslər gün ərzində 10-20 dəfə ayaqyoluna qaçır. İshal insanlarda ürəkbulanma, sudorqa və yorğunluqla müşahidə olunur.
 
Allotriofagiya
Bu xəstəliyə düçar olan insanlar yeməli olmayan əşyaları yeməyə meylli olurlar. Belə ki, xəstələr qida əvəzinə çirk, yapışqan və insan ağlına gəlməz əşyalar yeyir. Həkimlər bu xəstəliyin yaranma səbəbini və müalicəsini tapa bilməyib.
 
Göy dəri sindromu və ya akantokeratodermiya
Göy dəri sindromu qoyulmuş xəstələrin dərisi həqiqətən də, göy rəngdə olur. Ötən əsrdə ABŞ-ın Kentukki ştatında yaşayan bir ailənin bütün üzvlərinin rəngi göy olub. Bu ailəyə Göy Füqeyt adı qoyulmuşdu. Maraqlısı odur ki, ailə üzvlərində göy dəri irsi xəstəliyindən başqa heç bir xəstəlik qeydə alınmayıb. Bu azmış kimi, ailə üzvlərinin əksəriyyəti 80 ildən çox yaşayıb.
 
Progeriya
Bu xəstəliyə tutulan uşaqlar 90 yaşlı insanlara bənzəyirlər. Progeriya insanın genetik kodunda baş verən qüsur zamanı baş verir. Progeriya xəstələrinin çoxusu 13 yaşında vəfat edir. Bununla belə, progeriya nadir rast gəlinən xəstəlikdir. Belə ki, progeriya irsi olduğu üçün yer üzündə 48 insanda qeydə alınıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024