Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (28-07-2015, 12:25)
Donuz əti niyə haramdır?

Donuz əti niyə haramdır?

 Hər bir müsəlman donuz ətinin haram olduğunu bilir. İslam dini nəyinsə halal və ya haram olmasını Allahın əmrinə bağlayır. Dinimizdə donuz əti haram olaraq verilmişdir.

Buna görə də, bəzi müsəlman ölkələrində donuz ətinin istehsalı qadağan olunub. Donuz əti çox yağlı qidadır. Yeyərkən bu yağ qana keçir və beləcə qan həmin yağ dənəcikləri ilə dolur. Qandakı bu artıq miqdardakı yağ: damarların sərtləşməsinə, təzyiqin qalxmasına və ürək infarktına səbəb olur. Qeyd edək ki, donuz yağının tərkibində “sitoksin” adlı zəhərli maddənin orqanizmə daxil olduqda uşaqlarda linfa düyünlərinin iltihabına və şişməsinə, nəticədə uşağın boğazının anormal şəkildə şişərək, sanki donuza bənzəməsini, elə buna görə də bu xəstəlik “donuz xəstəliyi” (skrofuloz) adlanır. 
Ev donuzlarının əcdadı digər vəhşi heyvanlara nisbətən insandan daha az qorxan vəhşi qabandır. Qədim insanın yetişdiyi müxtəlif bitkilər vəhşi qabanları şirnikləndirirdi. İnsanların ciddi səylərinə baxmayaraq, vəhşi qabanlar öz balaları ilə birlikdə əkin məhsullarına hücum edirdi. İnsanlar donuz balalarını tutmağa, çoxaltmağa və əhliləşdirməyə başladılar. Qabanlar qabaqlarına çıxan hər şeylə (onlar palıd qozası, qoz, toxum, giləmeyvə, göbələk, yabanı bitkilərin kökləri, həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s.) qidalana bilirlər. Beləliklə, vəhşi qaban indiki donuza çevrildi və ev heyvanları cərgəsində itdən sonra ikinci yer tutdu.
Qədim dövrlərdə Misir və Çində donuzlar müqəddəs heyvan hesab olunurdu. Bu ölkələrdə donuzlar xoşbəxtlik və firavanlıq rəmzi idi. Fironların, imperatorların və kralların sarayında xüsusi donuzabaxan vəzifəsi mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz əti yeməyə icazə verilirdi. Roma imperiyasında belə bir adət var idi ki, donuz ətinin dadını yaxşılaşdırmaq üçün, kəsməmişdən əvvəl donuza çaxır içirirdilər.
Donuz ətindən insana yoluxan xəstəliklərdən biri də trixin xəstəliyidir. Donuzlar bu xəstəliyə trixinli siçan yeməklə və trixinli donuz gübrəsi yeməklə yoluxurlar. Trixin donuzlar üçün ağır bir xəstəlik olmasa da insanlarda təhlükəli və öldürücü təsirlərlə nəticələnə bilir. Elə buna görə də, bu xəstəlik xristianlarda daha çox yayılıb. Donuz həm də qurdların və onların yumurtalarının əsas daşıyıcısıdır. O çox vaxt donuz əti sevənləri Soliter adlı parazitlə (lentşəkilli qurdla) mükafatlandırır. Bu qurdlar donuz əti yeyən insanların bağırsağında tapılır. Bu qurdların hissələri digər orqanlara keçib onları zədələyirlər. ABŞ və Kanadanın hər 6 sakinindən biri bu xəstəliyə tutulur. Bu parazitlər digər canlılarda deyil, yalnız donuz ətində olur. 
Elə bu səbəblərlə də, donuz əti müsəlman dünyasından uzaqlaşdırılır. Donuz ətinin qida kimi yararsız olması barədəki faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-kütləvi ədəbiyyatda dərc olunmuşdur. Lakin insanlar nədənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növlü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti və ondan hazırlanmış məlumatlar hələ qədim dövrlərdən başlayaraq ən çox istifadə edilən qida məhsullarındandır.
Mediatv.az
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024