Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (2-07-2015, 09:19)
GMO məhsullara nəzarət gücləndirilir

 

Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilib.
Mediatv.azxəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bununla bağlı müvafiq standartlar hazırlayır. Yeni hazırlanan normativ sənədlərdə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsilə bağlı tələblər əks olunacaq.
“Təxminən yeni standartlar üzərində işlər davam etdirilir. Mövcud olan standartlada dəyişiklik gözlənilir. Bundan sonra insanlar yeyinti məhsulları üzərində GMO-nun olmadığı ilə bağlı xüsusi etketin olduğunun şahidi olacaqlar”, – deyə mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirilib.
Fazil Talıblının sözlərinə görə, həmçinin Dövlət Akkreditasiya Xidməti yeyinti məhsullarının sertifikatlaşdırılmasını məhsulun tərkibində GMO olub-olmaması əsasında aparılacaq.
“Yeyinti məhsulları ilə bağlı orqana sertifikatlaşdırma sənədləri təqdim edilərkən onlardan mütləq bir şəkildə məhz tərkibində GMO-nun olmadığı ilə bağlı labarotoriya protokolu da olmalıdır. Bütün bunlarla yanaşı GMO məhsullarının sınaq labaratoriyasının həm maddi-texniki bazasının, həm də işçi kadır patensiyalının gücləndirilməslə bağlı lazımi tapşırıqlar verilib. Yeni avadanlıqların alınması ilə bağlı sifarişlər verilib. Yaxın zamanlarda bu cür labaratoriyaların sayının artılacağı gözlənilr”, – deyə Fazil Talıblı qeyd edib. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilən dəyişikliyə əsasən GMO məhsullardan istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi, idxalı və satışı ilə məşğul olanları üç min manatdan beş min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. 
Bu məhsulların istehsalına görə isə dörd min manatdan altı min manatadək məbləğində cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. 
Göstərilən əməllər külli miqdarda törədildikdə yeddi min manatdan doqquz min manatadək məbləğində cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Çünki bu məhsulların qidada istifadəsi insanların və gələcək nəsli sağlamlığını təhlükə altında qoyur.
“Bu qidaların insan orqanizminə təsirilə yəqin ki, bir neçə ildən sonra ortaya çıxacaq. Onu deyə bilərəm ki, bu maddələri yaradılmasında da müəyyən ideyalar var. Alimlər oturub bunun düşünüblər. Və bu sıradan bir məsələ deyil. Yəqin ki, müəyyən bir müddətdən sonra bununla bağlı konkret ideyalar ortaya çıxacaq ki, bunlar qadağan olsun”, – deyə həkim Adil Qeybulla vurğulayıb.
Hazırda dünyanın 40-a yaxın ölkəsində geni dəyişdirilmiş məhsulların idxalı qadağan edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024