Sağlamlıq (Bu gün, 09:47)
Böyrəklərinizi qorumaq üçün bunlara DİQQƏT EDİN

Pravda.az bildirir ki, 2040-cı ildə xroniki böyrək xəstəliyinin cəmiyyətdə ölüm səbəbləri arasında 5-ci yeri tutacağı gözlənilir. Buna görə də xroniki böyrək xəstəliyi ilə mübarizə üçün qlobal strateji tədbirlərin tətbiq olunması vacibdir.
Xroniki böyrək xəstəliyində risk faktorları:
Xroniki böyrək xəstəliyi üçün yüksək risk daşıyan şəxslər mütləq bu xəstəliklər baxımından qiymətləndirilməlidir:
Diyabet
Yüksək təzyiq
Ürək və damar xəstəlikləri
Ailə üzvlərində böyrək xəstəliyinin olması
Böyrək sağlamlığında ciddi nəzarət edilməli olan hallar:
Hamiləliklə əlaqəli böyrək xəstəlikləri
Sidik yollarında sidik axımına mane olan hallar
Üriner sistem daş xəstəliyi
Az kilolu və ya erkən doğum
Ənənəvi dərmanlar, ətraf mühit toksinləri, Hepatit B və ya C, HIV və parazit infeksiyaları digər risk faktorlarını təşkil edir.
Böyrək sağlamlığınız üçün vacib analizlər:
Xroniki böyrək xəstəliyinin aşkarlanması üçün yüksək riskli şəxslərdə istifadə oluna biləcək praktik analizlər mövcuddur. Bu analizlər arasında yüksək təzyiqi izləmək üçün qan təzyiqi ölçülməsi, boy və kiloya əsaslanan Bədən Kütlə İndeksinin (BKI) hesablanması, sidik analizi ilə böyrək zədələnməsinin qiymətləndirilməsi, sidikdə albümin (Albüminüri) atılımının qiymətləndirilməsi və sidikdə albümin-kreatinin nisbətinin (uACR) hesablanması yer alır.
Qan analizləri ilə Tip 2 diyabetin inkişaf edib etmədiyini təyin etmək üçün aclıq və ya qlükoz səviyyəsi və qlükoziləşmiş hemoglobin (HbA1C) səviyyəsi müəyyən edilir. Serum kreatinin səviyyəsi də ölçülərək, təxmini Glomerulyar Filtrasiyon Sürəti (eGFR) müəyyən edilir.
Böyrək sağlamlığınız üçün diqqət etməli olduğunuz məqamlar
Mütəmadi olaraq fiziki aktivlik göstərin
Qan şəkəri səviyyənizi və qan təzyiqinizi davamlı olaraq izləyin
Sağlam qidalanın, duz istehlakınızı azaldın və çəkinizi nəzarət altında saxlayın
Gündəlik bol su için
Siqaret çəkməyin
Reseptsiz dərmanları istifadə etməyin
Diyabet, yüksək təzyiq və obezite kimi böyrək xəstəliyinə yol açan sağlamlıq problemləriniz varsa, böyrək funksiyalarınızı mütləq yoxladın.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
6 04 2025
6 04 2025