Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (9-07-2015, 10:36)
“Halal zəhmətlə pul toplamaq bir az vaxt aparır”

“Halal zəhmətlə pul toplamaq bir az vaxt aparır”

 

Mediatv.az Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun modern.az saytının “Siyasətçi və din” rubrikasına verdiyi müsahibəni qısa ixtisarla təqdim edir:

...Siz dinin özündə islahat aparılmasını istəyirsiniz, yoxsa dinlə əlaqədar yaranan hər hansı şəriət məsələsində?
- Mən dinin özündə, yəni “Qurani-Kərim”də bir dəyişiklik edilməsini istəmərəm. Bu, ilahiliyə ziddir. Lakin “Quran”dan kənar bəzi adət-ənənələrin özündə ciddi islahatlara ehtiyac var. Götürək, dəfn adətlərini, yas mərasimlərini. Azərbaycandakı yas mərasimləri nə ərəbdə, nə farsda, nə türkdə, nə də İnodeniziyada var. Kimsə vaxtı ilə bir hökmü atıb ortaya və cəmiyyət də həmin ideyanın arxasınca gedir. Bunun isə hüquqi, dini, mənəvi əsasları yoxdur. Buna görə də yas mərasimlərində israfa yol verilməməsi üçün islahatlar getməlidir. Naxçıvanda bu islahatlara start verildi və özünü doğruldur. Varlı, kasıb olmasından asılı olmayaraq, hamı hüzrü eyni qaydada verir, biri digərindən fərqlənmir.
- Bu gün insanlarla ünsiyyətdə olan din adamlarının bəzilərinin elementar dini bilikləri belə, yoxdur. Lakin müəyyən qism insanlar onların danışıqlarında savadlı, məntiqli nəsə axtarmağa çalışır...
- Cəmiyyət içərisində insanlarla ünsiyyət quran din xadimləri kifayət qədər savadlı olmalıdır. Təkcə dini savaddan söhbət getmir. Onlar fəlsəfədən, dünya elmindən, ədəbiyyatdan, tarixdən məlumatlı olmalıdırlar. Din xadimləri savadlı olanda, bütün cəmiyyət də onlara hörmət edəcək. Başa düşürəm ki, SSRİ zamanında dini məktəblər yox idi. Kimsə kiminsə yanına gedirdi və qeyd dəftərinə bir neçə kəlmə yazırdı.
Bununla da o din xadimi olurdu. Və yaxud kimsə həbsxanada boş vaxtlarını guya dini öyrənməyə sərf edirdi. Azadlığa çıxandan sonra isə gəlib mollalıq edirdi.
Ya da hansısa sahə müvəkkili pensiyaya çıxandan sonra gedib mollalıqla məşğul olurdu. Lakin indi AzərbAycanda dini təhsil verən universitet var. O cümlədən ayrı-ayrı ölkələrdə dini təhsil alan vətəndaşlarımız da az deyil.
Hazırda din sahəsi ilə məşğul olan ilahiyyatçılar mütləq ərəb və fars dillərini əzbər bilməlidir. Başqa dillər də olsa, daha yaxşı olar. Ərəb və fars dilini isə o qədər mükəmməl öyrənməlidir ki, dini mənbələri yüksək səviyyədə araşdırsın. Çünki İslam dini mənbələri ərəb və fars dilindədir.  
Deyək ki, hər hansı yas məclisində nazir, komitə rəhbərləri, deputatlar, akademiklər, professorlar əyləşir. Ona görə də bu yas məclisini aparan din xadiminin savadı heç olmasa, orada oturan adamların savadına uyğun olmalıdır ki, özünə hörmət qazansın. Yoxsa, orada gəlib boş-boşuna “əlləzinə” danışsa, hamı onun savadsız olduğunu anlayacaq.
Siz özünüz Həcc ziyarətində olmaq istəyirsiniz?
- Hər bir müsəlman arzu edir ki, müqəddəs Həcc ziyarətində olsun. Lakin buna görə müxtəlif yolları keçmək lazımdır. İslam dininin mütərəqqiliyi ondan ibarətdir ki, bütün ayinlərin yerinə yetirilməsini eyni vaxtda tələb etmir.
Tutaq ki, bir imkansız adamın sənə min manat borcu var. Əgər ondan min manatı hamısını birdən tələb etsən, o, bunu verə bilməyəcək. Ona görə də məcburdur ki, borcunu hissə-hissə ödəsin.
Bir müsəlmandan əgər tələb edilsə ki, beş vacib şərtin hamısını yerinə yetir, bu, mümkün olmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var.
Məsələn, kimsə xəstədirsə, oruc tuta bilməz. Oruc tuta bilmirsə, demək ki, şərtin birini yerinə yetirmir. Yaxud Həccə getmək üçün adamın gərək maddi imkanı olsun. İnsan oğurluq etməklə Həcc ziyarətinə getməli deyil ki! Adam halal zəhməti ilə qazanandan sonra Məkkəni, Mədinəni ziyarət etməlidir. Halal zəhmətlə pul toplamaq isə bir az vaxt aparır.
Cənnətə və cəhənnəmə inanırsınızmı?
- Bəli.
“Quran”ın və ya digər səmavi hesab edilən dini kitabların özlərində elə hadisələr nəql edilir, insan hissləri onu qəbul etsə də, normal məntiq və ağıl həmin fövqəladə şəkildə təqdim olunan əhvalatların reallığına şübhə edir. Məsələn, Musa peyğəmbəri öz əsası ilə Qırmızı dənizi yarması. Bu, gerçək ola bilərmi?
- Düzdür, insan ağlı və məntiqi bunu qəbul etməkdə çətinlik çəkir. Biri durub deyir ki, “Quran”ı beş dəfə oxumuşam, biri deyir, 10 dəfə oxumuşam. İstəyirsən 28 dəfə oxu. Onu dərk etmədən oxumağın heç bir xeyri yoxdur. “Quran”ın böyük bir hissəsi istinaddır. “Quran”a qədər insan gərək 20-yə yaxın kitab oxusun. “Tövrat”, “İncil”, “Zəbur”, onların şərhi olan kitablar, müsəlman tarixi oxunmalıdır. Müsəlman tarixi öyrənilməlidir.
İslam dininin tarixiliyini və mütərəqqiliyini sübut edən çoxlu dəlillər var. 
Məhəmməd peyğəmbərin həm qəbri var, həm də insanlar onu o dövrdə görüblər. Yanında səhhabələri olub. Səmavi dinlərin digər ikisinin peyğəmbəri, Musa peyğəmbər və İsa peyğəmbər isə virtual şəkildə qəbul edilir. Onların qəbri də yoxdur. İordaniyada bir daş qoyublar və deyirlər ki, Musa peyğəmbərin qəbri burdadır. Dini rəvayətlərdə göstərilir ki, Musa peyğəmbərə Qırmızı dənizi yarmaq haqqında əmr gələndə, o özü də Allahın əmrinə şübhə edib. O özü də inanmırdı ki, əsanı yerə vurmaqla dərya ayrılacaq. Ona görə də Allahdan əmr gəlir ki, Musa peyğəmbər heç zaman müqəddəs torpaqları görməyəcək. Ona görə də ehtimal edilir ki, Musa peyğəmbər İordaniyada dəfn olunub.
Sizin məntiqinizdən belə bir sual doğur. Deməli, tarixdə, əfsanə, nağıl qəhrəmanları ilə yanaşı, tarixi qəhrəmanlar da olub. Fikrinizdən belə başa düşmək olarmı ki, Məhəmməd peyğəmbərdən savayı, yerdə qalan peyğəmbərlər əfsanə qəhrəmanlarıdır?
- Deyirlər ki, 124 min peyğəmbər olub. Onlardan 28-nin adı “Quran”da çəkilir. Bunlardan isə 9-u - Adəm, Nuh, İbrahim, İsmayıl, Davud, Süleyman, Musa, İsa, Məhəmməd əsas peyğəmbərlərdir. Bu doqquzundan da ən realı Məhəmməd peyğəmbərdir.
-Sizin doğulduğunuz Cəhri kəndində Sovet dövründə dinə münasibət necə idi?
- Bizim kənd çox dindar idi. Məhərrəmlik məclisləri də keçirilirdi. Düzdür, qadağalar olsa da, mən bütün dini mərasimlərdə iştirak edirdim. Açıq şəkildə bizi “şaxsey” getməyə, məscidlərdə şam yandırmağa qoymurdular. Amma buna baxmayaraq, bütün kənd dini mərasimlərdə iştirak edirdi.
Bizim kənddə o zaman iki molla var idi. Üçüncüsü, dördüncüsü yox idi. Onlardan biri Nəcəfdə, digəri isə Səmərqənddə dini təhsil almışdı. Elə olurdu ki, onlar bir gündə 4-5 yası yola verirdilər. Lakin başqa kəndlərdən yas mərasimlərinə molla dəvət edilmirdi.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024