Region (22-09-2024, 20:44)
Viləş çayı hövzəsində su qıtlığı problemləri və onun həlli
Yer kürəsində şirin su qıtlığının tədricən artması bütün bəşəriyyəti, həmçinin düşünən beyinləri narahat etməkdədir. Belə ki, dünya əhalisinin 40 faizdən çoxu içməli və sənaye suyu problemi yaşayır. Ən çox müşahidə edilən insan fəaliyyəti ilə su ekosistemlərinin korlanması, əhali artımı, yaşayış məntəqələrinin böyüməsi, əkin və istifadə olunan torpaq sahələrinin sürətli genişləndirilməsi, qlobal istiləşmə və s. əsas rol oynayır.
Eyni problem Viləş çayı hövzəsində də yaşanmaqdadır. Onu da qeyd edim ki,Viləş çayının əsas su mənbələri Lerik, Yardımlı və Masallı inzibati rayonlarının ərazisində olan təbii sərin sulu bulaqlar, həmçinin hidroğen- sulfidli qaynar sulu bulaqlar (20 %), yağış və qar (80%) sularıdır.Ən hündür başlanğıcı Talış dağlarının Peştəsər silsiləsinin 2203 metrliyindədir. Lənkəran-Astara iqtisadi rayonunun ən uzun və bol sulu çayı olmaqla115 kilometr məsafə qət edərək Lənkəran inzibati rayonu ərazisinə daxil olan Qızılağac körfəzinə ,yəni birbaşa Xəzər dənizinə tökülür. Hövzənin ümumi sahəsi 935 kvadrat kilometr təşkil edir.Çayın ən bol sulu qolları sağdan Şərətük (uzunluğu 25 km), Dülan (uzunluğu 10 km), Mişorçay (uzunluğu 8 km), soldan Təkətonə (uzunluğu 21 km), Derəqardə (uzunluğu 7 km) çaylarıdır. Çayın orta illik axımı (Şıxlar kəndi) 3 kubmetr saniyə təşkil edir. Son 20 ilin yay aylarında çay tamamilə qurumaq hədddinə çatır, həmin vaxt demək olar ki, axan suyun 90 faizini soyumuş qaynar sular təşkil edir.
Dünyanın bir çox yerlərində olduğu kimi,Viləş çayı hövzəsində də əhalinin suya olan tələbatı şirin su resursları tərəfindən qarşılanmadığından su qıtlığı problemi yaranmaqdadır. Ona görə də tələb-təklif qanununa istinad etsək, hövzəmizin su balansını müəyyənləşdirmədən su ehtiyatlarının idarə edilməsi mümkün deyil.
Araşdırmalar göstərir ki,1982-ci ildə Viləş çayından (söhbət anbara daxil olan sudan gedir) 250 milyon kub su axdığı halda, 2022-ci ildə 171 mln.kub ətrafında,2023-cü ildə isə 69,7 mln.kub su kütləsi axmışdır.Su üzrə mütəxəssislər Viləşçay su anbarının Masallı rayonunda yerləşdiyini nəzərə alıb təhlili də bu istiqamətdə apardıqlarından hövzənin su balansını müəyyənləşdirmək olmur.
Təhlillər göstərir ki, son iki ildə su anbarına 240 mln.kub su ehtiyatı daxil olmasına baxmayaraq 95 mln.kub civarında suvarma, təqribən 5,5 mln.kub isə içməli su məqsədi ilə istifadəyə verilmişdir. Burada əsas məsələ su itkisi və israfının qarşısının alınmasıdır.Təkcə suötürücü kanallarda su itkisi 6,3 mln.kub təşkil etmişdir.Viləşçay su anbarının ümumi sahəsinin təqribən 320 hektar olduğunu, həmçinin dağlardan dənizə qədər olan buxarlanmanı,onu sürətləndirən amilləri də nəzırə alsaq 10 mln.kub buxarlanmaya məruz qalır.
Viləş çayı hövzəsində su balansını müəyyənləşdirərkən Lerik və Yardımlı rayonları əhalisinin içməli və əkin suyuna tələbatını nəzərə almaq lazımdır. Belə ki, Lerik rayonunun Dırığ, Yardımlının Yuxarı və Aşağı zonaları təhlillər aparılarkən diqqətdən kənarda qalmışdır.Lerik rayonunda hövzəyə daxil olan,həm də hövzəni qidalandıran dağlıq ərazidə 20 mindən artıq əhali yaşayır,15 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq istifadədə olunur,17 mindən artıq iri və xıırda buynuzlu heyvanları, ev quşları mövcuddur.Təbiətdə yaşayan canlıların da su tələbatı böyükdür.Apardığım araşdırma zamanı məlum olmuşdur ki,dağ və dağətəyi ərazilərdə ev təsərrüfatlarında adambaşına sudan günlük istifadə 2 kub ətrafındadır. Bu da o deməkdir ki, Lerik ərazisində illik 14,5 mln.kub, Yardımlı ərazisində isə bu hövzədə 45 mindən artıq əhali yaşadığından 32,8 mln.kub içməli su müxtəlif təyinatlara istifadə olunur.Bütün bunlar onu göstərir ki, əsas su mənbələrinin yerləşdiyi iki rayonda 50 mln.kub civarında işməli su istifadə olunur.Sudan səmərəli istifadənin yaxşılaşdırılmasından ötrü su israfının aradan qaldırılması, davamlı su ehtiyatının yaradılması üçün təbliğat işinin aparılması, yaşıllıqların çoxaldılması, Viləşçay su anbarının genişləndirilməsi deyil, məhz Viləş çayı və onun bol sulu qollarının üzərində 10-30 mln.kub həcmli kicik anbarların qurulması, həmçinin mövcud su anbarındakı 20-25 mln.kub liklənmiş ərazinin təmizlənməsi zərurəti yaranmışdır.
Elxan BABAZADƏ,
Masallı RİHB-nin Qodman inzibati ərazi dairəsi üzrə
nümayəndəliyinin Baş məsləhətçi-baş mühasibi,
iqtisadçı-ekspert.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024