Problem (10-01-2015, 20:17)
Hansı deputatlar hansı müğənnilərə “krışalıq” edir? – İDDİA
Sənətdə “canavar”, “kral” deyə anlayış yoxdur. Bəziləri bu adı özünə qoymaqla, səviyyəsiz olduğunu nümayiş etdirir”.
Bu sözləri Editor.az-a açıqlamasında tənqidçi müğənni Əli Mirəliyev söyləyib.
Onun sözlərinə görə, əksər müğənnilər səhnəyə sənət naminə yox, bahalı ev, maşın almaq üçün gəlirlər: “Bu gün televiziyalarda “sevimli şoular” göstərilir. Onlar sevimli deyillər. Sevimli adını qoyublar üzərinə. Sənətkar xalqa itab etməlidir, məmura, sahibkara, deputata yox. Bəzi deputatlar müğənnilərə “krışalıq” edirlər. Telekanllara zəng edib tapşırırlar ki, bunları efirə çıxarın. Bu sənət xalqındır, məmurların, deputatların yox. Barlarda, diksolarda sənət olmaz. Soyunmaqla sənət olmaz. Əgər Üzeyir Hacbəyovun yerinə Üzeyir Mehdizadə iddia edirsə, vay bu sənətin halına. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyində Bədii Şura yaradılmalıdır. O Şura müğənnilərə nəzarət etməli, senzor qoymalıdır. Kasıb olanda nə olar?! Gülağa Məmmədov Avrora siqareti çəkə-çəkə dünyadan köçdü. Amma sənətkar idi”.