Problem (18-10-2014, 14:40)
"Müğənniyə 3 saata 15 min vermək olmaz"
"Dünya şou-biznesində, eləcə də qonşu ölkə Türkiyədə ən çox vergi ödəyən ən nüfuzlu müğənni hesab edilir".
ANS PRESS-in məlumatına görə, bunu ANS TV-də yayımlanan “Xəbər Sizsiniz” verlişinin qonağı professor Zahid Məmmədov deyib.
Verilişin bu günki vergi ödəyən və ödəməyən, həmçinin qayda pozan müğənnilər olub.
Onun sözlərinə görə, bu onun ən çox təlabat duyulan müğənni olmasını sübut edir. Bizdə isə müğənnilər vergi ödəməkdən yayınır, qazanclarını gizlədir, amma bahalı evlərini, maşınlarını və əşyalarını göstərərək özlərini təbliğ edirlər. "Bu isə iyrənc görünür. Mən hesab edirəm ki, müğənnilərin bankda hesabı açılmalı, onlara ödənilən pul ora köçürülməli, buradan avtomatik vergi tutulmalı və onların toya dəqiq hansı məbləğə getdiyi hamıya məlum olmalıdır. Kiminsə bir tələbənin 4 illik təhsil haqqı olan 15 min manatı 3 saatın içində müğənniyə verməsi düzgün deyil. Halal yolla pul qazanan insan heç vaxt müğənniyə bu cür yüksək məbləğ verməz".
Müğənni Aslan professrun sözlərinə etiraz edib. O, həmkarlarından kimin vergi ödəyib, ödəmədiyini bilmədiyini desə də, 150 minə fonoqrama oxuyan türkiyəli müğənnilərdən fərqli olaraq yerli sənətçilərin canlı oxuduğunu deyib.
Müğənni onu da qeyd edib ki, özü vaxtı-vaxtında vergi ödəyir. Və əməkdaşlıq etdiyi şadlıq evləri ilə də müqavilə bağlayıb və həmin şadlıq sarayları onun adını Vergilər Nazirliyinə təqdim ediblər.