Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub. Məlumatı verən mənbə iddia edir ki, Fazil Məmmədov digər mülkləri kimi Şəmkirdə yerləşən villasını da satışa çıxarıb.

Mənbənin söylədikləri: "Fazil Məmmədov hazırda Şəmkirdə yaşayır və yaşadığı mülkü də satışa çıxarıb. Maraqlı orasıdır ki, artıq həmin mülkə müştərin tapılıb və ona bu işdə hazırda Şəmkirə rəhbərlik edən Alimpaşa Məmmədov yardımçı olub".
Xatırladaq ki, Alimpaşa Məmmədov zamanında Fazil Məmmədovun kadrlarından olub və onun Şəmkirdə vəzifəyə təyinatında da keçmiş nazir müstəsna rol oynayıb. İndi isə görünəni odur ki, Şəmkir RİH rəhbəri keçmiş şefinəı vəfa borcunu yerinə yetirir...
Bu isə Fazil Məmmədovun Bakıdakı məşhur villasıdır:
Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşən villanın artıq satışda olduğu deyilir.
Şəmkirdəki villaya gəlincə isə, mənbə açıqlamasında bildirir ki, Alimpaşa Məmmədovun araçılığı ilə Rusiyada yaşayan şəmkirli iş adamlarından biri sabiq nazirin Şəmkirdəki villasını almağa razılaşıb. Bazarlıq yaxın günlərdə baş tuta bilər.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...