Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (4-09-2014, 18:26)
Bakıda keçiriləcək gözəllik müsabiqəsində qalmaqal

Banu Şucai: “Tər-təmiz fırıldağı ona görə qurublar ki, məni özlərinin namizədi ilə əvəzləsinlər...”

 

Sentyabrın 14-də Bakıdakı “Crystall Hall”da keçiriləcək “Miss Globe International” nüfuzlu gözəllik müsabiqəsi ətrafında əsl qalmaqal yetişir. Musavat.com-un minval.az-a istinadən verdiyi xəbərə görə, məsələ ondadır ki, yarışmada Azərbaycanı təmsil etməli olan model Banu Şucai müsabiqədə iştirakdan kənarlaşdırılıb. 
Hazırda yarışmanın təşkilatçısı olan “Z-Company” şirkətinin nümayəndələri öz hərəkətlərini onunla izah ediblər ki, əvvəllər müsabiqə ilə “Merac Production” şirkəti məşğul olub və bu şirkətlə də münasibətləri korlamaq istəmirlər, çünki müsabiqənin yeni təşkilatçısı Zamiq Yusifovun təbirincə desək, “Merac Production”un Banu Şucai üzərində haqqı var və bu şirkətin rəsmi razılığı olmadan Şucainin müsabiqədə iştirakına görə “Z-Company” problem yaşaya, hətta məhkəməyə çəkilə bilər. 
Ancaq deyəsən, şirkət rəsmiləri nəzərə almayıblar ki, onları məhkəməyə elə Banunun özü çəkəcək – qanuni hüquqları pozulduğu üçün. Onun sözlərinə görə, “müqəddəs yer boş qalmadığı” üçün “Z-Company” bu tər-təmiz fırıldağı qurub ki, Banunu başqa birisi ilə - öz adamları ilə əvəzləsin. Yeni iddiaçının adı isə gizli saxlanılır. 
Vəziyyətlə bağlı minval.aza danışan Banu Şucai deyib: “Yeni təşkilatçıların sözlərinə görə, mənim müsabiqədə iştirakım yalnız o halda mümkündür ki,  “Merac Production” konkursda iştirakıma etiraz etmədiyi haqda rəsmi məktub göndərsin və məhkəmə çəkişməsi olmayacağına söz versin. Mən anlamıram, hansı məhkəmə çəkişməsindən söhbət gedə bilər ki, “Merac Production”la heç bir müqavilə bağlamamışam və onların mülkiyyətin də deyiləm. Hamı bilir ki, bu şirkətin başçısı Səbuhi Əliyev  həbs edilib. Ona görə də nə o, nə də onun şirkəti ümumiyyətlə, hər hansı hüquqa malik deyil. Bu kompaniya indi sadəcə, mövcud deyil. O zaman hansı məktubdan söhbət gedə bilər?” 
Banu Şucai onun yerinə tapılan təzə namizədin adını da çəkib – Oksana Rzayeva. Şucai həmçinin, problemlə bağlı ölkənin 1-ci xanımı Mehriban Əliyevaya da müraciət eləmək fikrində olduğunu söyləyib.    
Arayış üçün bildirək ki, iri biznesmenlərdən və “Miss Globe International” müsabiqəsinin əsas təşkilatçılarından olan S. Əliyev mayın 24-də saxlanılıb. Məhkəmə onun haqqında iki aylıq həbs qəti-imkan tədbiri seçilib. O, dələduzluqda və korrupsiyada suçlanır. Məlumatlara görə, biznesmenin həbsi konkursun imicinə xələl gəlməməsi üçün gizli saxlanılır”. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024