Problem / Karusel / Slayd / Redaktor seçimi (11-03-2020, 16:52)
Baş redaktor Türkiyənin Azərbaycandakı səfirindən kömək isdədi
Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özorala
Jurnalist,Mediatv.az informasiya portalının baş redaktoru Əfqan Bəhluloğlu tərəfindən
Müraciət.
Hörmətli Səfir!
Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycanda söz azadlığı və plüralizmin boyük qarantı hesab edir, medianın inkişafına dövlət dəstəyinin verilməsinə, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına yönəlik təşəbbüsünü və bu təşəbbüsün gerçəkləşdirilməsi yolunda atdığı əməli adddımları alqışlayıram.Bir yazar olaraq ölkəmizdə, xüsusən də rayonlarımızda baş verən hadisələri - müsbət hadisələri, çatışmazlıqları, neqativ halları işıqlandırmağa çalışıram.Bu, həmçinin bir ictimai nəzarətdir və dövlət başçısı kimi cənab Prezident də çıxışlarınızda bunun zəruriliyini dəfələrlə bildirmişdir.Azərbaycan dövlətinin uğurlarına sevinən,möhtərəm Prezidentimizin fəaliyyətini hər zaman yüksək qiymətləndirən Mediatv.az İnformasiya Portalının baş redaktoru olaraq Sizə müraciət etməyimin səbəbi, siz Azərbaycanın dosdu olaraq mənim məktubumun cənab Prezidentə çatdırmaqda yardımçı olasınız.Çünki imzaladığım heç bir məktub cənab prezidentə yetmir.
Cənab Səfir !
Bildirirəm ki, 2019-cu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı İstisu “Fatmeyi-Zəhra” şəfa sanatoriyasına istirahətə getmişdim. Evimizdə siqnalizasiya sistemi olmadığından və uzunmüddətli gedişi planlaşdırdığımız üçün istirahətə gedən zaman valideynlərimdən bizim üçün qalan, ailə quran zaman valideynlərimin aldıqları, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən hədiyyə olunmuş qızıl-zinyət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük. Ailəmlə birlikdə İstisu sanatoriyasında dincələn zaman, İstisu “Fatimeyi-Zəhra” sanatoriyasının sahibi, sahibkar İldırım Allahyarov mənə yaxınlaşaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və polis rəisi tərəfindən təzyiqlərə məruz qaldığını, onun sahibkar kimi fəaliyyətinə maneəçilik törədildiyini və aylıq haqq tələb etdiklərini bildirdi. Mən də bir jurnalist olaraq sahibkarın şikayəti əsasında redaktoru olduğum Mediatv.az informasiya portalında 26.07.2019-cu il tarixdə “AQTA-nın əməkdaşları sahibkarı təhqir edir – rüşvət tələbinə boyun əymədiyinə görə” (http://mediatv.az/sosial/55891-aqta-nin-emekdaslari-sahibkari-tehqir-edir-rusvet-telebine-boyun-eymediyine-gore.html) və 28.07.2019-cu il tarixdə “Tanınmış cənublu iş adamı Masallının polis rəisindən şikayət etdi” (http://mediatv.az/sosial/55927-tannms-cenublu-s-adam-masallnn-pols-resn-skayet-etd-prezdente-bas-prokurora-ve-daxl-sler-nazrne.html) sərlövhəli məqalələr dərc etdim. Dərc etdiyim məqalələri həm sosial şəbəkələrdə paylaşdım, həm də ki, aidiyyatı təşkilatların elektron poçtuna ünvanladım.
Adını çəkdiyim iki məqalə dərc olunduqdan sonra 28.07.2019-cu il tarixdə gündüz saat 14:20-16:30 intervalında mənə məxsus Mersedes-Benz markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olunur. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın qol çantası aparılır. Yoldaşımın qol çantasından mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər qiymətli əşyalar oğurlanır. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım. Təqriban 25 dəqiqədən sonra Masallı RPŞ-nin əməkdaşları hadisə yerinə gəldilər və əl izlərini götürdülər. 04.08.2019 tarixdə Masallı RPŞ-dən mənə zəng olunaraq avtomobilimi qarət edən şəxsin tutulduğunu bildirdilər. Dərhal Masallı rayonuna yola düşdüm.İlk andan hiss etdim ki bu qurama bir işdir.
Cənab Səfir!
Avtomobilimin qarəti mənim peşə fəaliyyətimlə bağlıdır və Masallı RPŞ-si haqda tənqidi məqalə dərc etdiyimə görə,yüzlərlə avtomobilin içindən mənim avtomobilimin seçilməyi bunu deməyə əsas verir. Əgər rayon polis şöbəsinin rəisi bu işdə qərəzli deyilsə, onda ötən müddət ərzində cinayət hadisəsi tamamilə açılmalı, qızıl-zinyət əşyaları geri qayıtmalı idi. ibtidai istintaqa prokuror nəzarətinin zəifliyi, polis tərəfindən sürətlə məhkəməyə ötürülən işin obyektiv aparılmaması, bir sıra qanunsuzluqlarla müşayiət olunması barədə indiyədək yuxarı instansiyalara çoxsaylı müraciətlər edərək, KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirmişəm. Hal-hazırda məhkəmə gedir.Hakim Habil Bəhmənov bu gün də məhkəmə işini qərəzli aparır,verdiyim vəsatətlərin heç biri demək olar ki təmin olunmayıb. Avtomobil qarətini, üstündə başqa oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polisin sadəcə işi "bağlamaq" və cinayətin açılma faizini qaldırmaq istədiyi aydın görünür.Masallı rayon polis şöbəsi rəisinin yerli sahibkarı incitməsi barədə əvvəllər yazdığım tənqidi məqalələrə, görə tənqid olunan vəzifəli şəxs bu yolla məndəm qisas alır. Hakim Habil Bəhmənov da sanki polisin hərəkətlərinə qanuni don geyindirmək yolunu tutub.Məhkəmədə təqsirləndirilən şəxs Nurlan Səmədov ifadə verərək bildirmişdir ki, onun Əfqan Quliyevə məxsus avtomobili qarət etdiyini boynuna alması barədə ifadəni istintaqa məhz polisin təzyiqi altında verib, ümumiyyətlə, həmin hadisədən xəbəri olmayıb.Təqsirləndirilən N.Səmədov polis işçisi Tərlan adlı şəxsin üzünə duraraq bildirdi ki bu işi boynunu götürməsən səni pis günə salacağıq dediniz.Sonra məhkəmədə iştirak edən polis müstəntiqi İqbal Rəhimli təqsirləndirilən şəxsin onun üzünə duraraq söylədiyi:“Məni aldadıb demədinizmi ki, bu işi öz üstünə götür, sənə köməklik göstəriləcək? Altı aydan çox vaxt keçib sizdən heç bir kömək yoxdur” -sözlərindən sonra müstəntiq ona ünvanlanan suallardan məharətlə yayınmağa çalışsa da, qeyri-səmimiliyi diqqətdən yayınmayıb. Müstəntiqin təqsirləndirilən şəxsə kömək etməyə söz verməsi və Müstəntiq İqbal Rəhimlinin ifadəsində iki dəfə təkrarlaması mən orda yazmamışam qızıl səndədir - ifadəsindən aydın görünür ki, təqsirləndirilən şəxslə müstəntiq arasında sövdələşmə olub. Eləmədiyim cinayət işini niyə boynuma götürməliyəm? Axı qızı zinət əşyaları məndə yoxdur. Bununla belə, məhkəmə hakimi təqsirləndirilən şəxsin bu dəfəki ifadəsini nəzərə almayaraq qızıl-zinət əşyalarının N.Səmədovda olduğunu sübut etməyə çalışır. N.Səmədovun ifadəsini “dəyişməsini” onun özünümüdafiə cəhdi kimi dəyərləndirib.Polis də,dövlət ittihamçısı da və hakim Habil Bəhmənov da qızıl zinət əşyalarının necə oğurlandığını və yerini dəqiq bilir.Bir daha aydın oldu ki, məhkəmə polisin aparmış olduğu qeyri-obyektiv, ədalətsiz istintaqa qanunilik “donu geyindirmək” yolundadır.Hakimin qanunazidd əməllərindən şikayət etdikdən sonra hakim tələsik olaraq Mart ayının 18-də məhkəmə prosesini tamamlamaq isdəyir.Hakim Habil Bəhmənov açıq şəkildə bildirir ki hara şikayət etsən də bizim özümüzə qaytaracaqlar və mən istintaqı aparmış polisin əlehinə gedə bilmərəm.Belə şikayətlərdən gündə yüzu, yuxarı instansiyalara yazılır.Nə faydası...
Cənab SƏFİR!
Cənab Prezidentin Çağırışına hay verərək gördüyüm neqativ halları işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb.İstintaqın gedişi və aparılan məhkəmə prosesi onu deməyə əsas verir ki avtomobilimin qarət olunması peşə fəaliyyətimlə əlaqədardır.Masallı rayonun polis və məhkəmə sistemindəki haqsızlıqların altı aydı özüm sahidiyəm. Altı aydan artıqdır ki, Bakı-Masallı yolunda qalmışam.Cənab Prezidentin dediyi kimi bunlar nə dövlətdən, nə də ki, Allahdan qorxmurlar.Tam əminliklə deyərəm ki Masallı rayonunda Azərbaycanın dövlət qanunları işləmir. Əminəm ki, müraciətnamələrim cənab Prezidentə yetişməyib, yoxsa, problemimə biganə qalmaz, həllinə köməkliyinizi əsirgəməz. Axı cənab Prezidentin dediyi kimi, istisnasız olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğu qədər, istisnasız olaraq hər bir Azərbaycan jurnalistinin də dostudur.
Xahiş edirəm
Mənim məktubumun TEZLİKLƏ(18 marta kimi) cənab Prezidentə çatdırmaqda yardımçı olasınız.
Əminəm ki məktubum cənab Prezidentə çatarsa bu işi ciddi nəzarətə götürəcək,qızıl zinət əşyalarının tapılmasına, mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsinə,insanların mənaviyyatıyla oynayan və bu işə qanunu don geyindirməyə çalışan hakim haqqında qanunamüvafiq ölçü götürülməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəcək.
Mediatv.az İnformasiya Portalının Baş redaktoru Əfqan Bəhluloğlu
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024