Problem (15-12-2017, 13:30)
Zaur Kamalın “banan” süjeti Elnarəni əsəbiləşdirdi
Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın “5-də 5” verilişini boykot etməyə çağırıb.
Mediatv.az Yenicag.az-a istinadən xəbər verir ki, şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib.
O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedirtmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb.
“Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz”, - deyə mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq hesab edib: “Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?”
Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: “Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verilişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”