Problem (6-06-2014, 18:43)
Brilliantın mükafat qalmaqalı böyüyür
Hafiz Hacıyev: “O, ermənilərdən mükafat almaqla vətəni satıb”; Esmira Əsgərova: “Azərbaycan adına mükafat almış xalq artistini belə qələmə verməzlər”
Eynulla Fətullayev: “Brilliant xanım bizim haqqımzıda emosional danışıb, belə olmaz”
Mediada xalq artisti Brilliant Dadaşovanın ABŞ-ın Nyu York şəhərində ermənilər tərəfindən “Big Apple Music Awards” mükafatı ilə təltif olunması, 30 min dollar dəyərində pul və son model “Mercedes” markalı avtomobil alması barədə xəbərlər müzakirə mövzusuna çevrilib.
Müğənnini qınayanlar sırasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də olub. O, Həftə.az-a açıqlamasında müğənninin satıldığını deyib: “Bizdə ciddi məlumatlar var ki, erməni diasporasına Amerika və Avropanın müəyyən dairəsi çox böyük miqdarda maliyyə yardımı edir. Hətta maşınlar paylayırlar. Amerika və Avropa ilə bağlılığı olan iş adamlarına tapşırırlar ki, bunlara ciddi yardım eləsinlər və bu yardım artıq gəlib çatıb. Bunlar da 50-100 minlik maşına görə vətəni satırlar. Düşünürəm ki, bu məsələlərlə bağlı ciddi tədbir görmək lazımdır. Həm hüquq-mühafizə orqanları dövlət qanunlarına uyğun hərəkət etməli, həm də xalq tərəfindən ictimai qınaq olmalıdır. Onlara arxayınçılıqdan istifadə etmələrinə imkan vermək olmaz”.
Dünya Azərbaycanlıları Konqresinin Amerika təmsilçisi Esmira Əsgərova isə “Yeni Müsavat”a açıqlamasında müğənninin bu cür qələmə verilməsinin yanlış olduğunu bildirdi: “Azərbaycan adına mükafat almış xalq artistini belə qələmə verməzlər. O, gizli kəşfiyyatçı deyil. Hansısa quruma, təşkilata işləmir və kiminsə diqtəsi altında hərəkət etmir. Onun vəzifəsi mahnı oxumaq, sənət nümayiş etdirməkdir. Nyu Yorkda “Big Apple Music Award” tədbiri hər il keçirilir. Əməkdar rəqqas Tahir Eynullayev və İlhamə Qasımovada orada idi. Bu musiqi mükafatı tədbiri sorğu əsasında keçirilir. Bildiyiniz kimi Nyu York, əsas da Brooklyn beynəlmiləl şəhərdir. Ona görə də tədbir öncəsi sorğu keçirilir və sorğu nəticəsində müğənnilər tədbirə dəvət alır. Brilliant xanım bu tədbirə keçən il gəlməli idi. Amma gəlmədi. Bu il də Nyu York Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər xanım, Azerbaijan Amerikan Society rəhbəri Tomris xanım və Azerbaycan American Concil rəhbəri Cavid Hüseynov ondan xahiş etmişdi ki, bu il tədbirə qatılsın. Brilliant xanımın əməyini yerə vurmaq olmaz. İndi orada ermənilər var idi deyə neyləyək?! İcazə verək musiqimizi oğurlasınlar?!”
Müğənni özünün facebook profilində onu qınayanlara cavab olaraq status yazıb. B.Dadaşova bu statusunda Haqqın.az saytını və onun rəhbəri Eynulla Fətullayevi də tənqid edib. Brilliant Dadaşovanın facebook profilindəki statusunu olduğu kimi təqdim edirik: “Əziz dostlar, mən elə bir başa dırnaq içərisində olan “Haqqın.az” kimi boşboğaz, populist çıxışlarla atlanıb düşüb ucuz “qəhrəmanlıqla” başqasının haqqını tapdalayaraq özünə reytinq qazanan bəzi “psevdapatriotlara” üzümü tutub demək istəyirəm ki, Amerikada Nyu Yorkun göbəyində Azərbaycan bayrağının qaldırılması, Azərbaycan musiqisinin, özəlliklə də xalq mahnılarımızdan ibarət olan “Vokaliz”in səslənməsi, musiqisevərlərin sorğusu nəticəsində yüksək mükafata layiq görülməsi səni niyə bu qədər qıcıqlandırıb?! Mən dünyanın bütün ölkələrinin (hansı ki Azərbaycan musiqisini tanıyıb sevən milyonlarla insan var) usta musiqiçi kimi qəbul edib, sevib dəyər verdiyi Brilliant Dadaşova Süleyman qızıyam! Sən kimsən?! Öz quş beynini bir az işlət, kor gözlərini aç və dar düşüncələrlə yazdığın axmaq fikirlərinin qonşular tərəfindən də oxunduğunu unutma!!!”.
Müğənninin Haqqın.az saytı və onun rəhbəri haqda yazdığı fikirlərə Eynulla Fətullayevin mövqeyini öyrəndik. E.Fətullayev müğənnini dözümlü olmağa çağırdığını dedi: “O, müəllif yazısı idi. Biz də müəllif yazısını dərc etdik. Brilliant xanımın bizim haqqımızda facebookda yazdığını da dərc etmişik. İnsanların fikirlərinə normal yanaşmaq lazımdır. Sadəcə olaraq bir az emosional qiymətləndirmədi. Ancaq tənqidə dözümlü yanaşmaq lazımdır. Bu emosional bir açıqlama idi. Mən onu bir az plüralizmə hörmət etməyə dəvət edərdim. O, tənqidə dözümlü olmalıdır. Çünki Brilliant xanım ictimai fiqurdur, yəni tanınmış adamdır. Bu cür reaksiyalar vermək olmaz”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024