Problem (4-03-2016, 12:17)
Xalq artisti: “15 ildir birlikdəyik, amma evlənməyəcəyik”
Xalq artisti: “Ürək dostuyuq, aramızda intim münasibət yoxdur”"Şər qarışanda" filminin təqdimat mərasiminə qatılan xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatından danışıb.
Mediatv.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa 15 ildir ki, həyatında olan kişidən danışıb:
“Mən 15 ildir ki, bir insanla ürək dostu olduğumu demişəm. Bizim insanlar isə ayrı şey başa düşüb. O, Azərbaycandan çox uzaqda yaşayır, rəsmi nikaha girmək fikrimiz yoxdur. Mən onunla ürək dostuyam, aramızda intim münasibət yoxdur, platonik sevgi var. Onunla görüşürəm, dərdləşirəm. Bəlkə də, lazım gələndə nələrsə açılacaq, ancaq insanlar pis fikirlərə düşməsin. Mənim əsl sevgim öz ailəmdir.
Mütəllimova yeni çəkilən yerli filmlər haqda fikirlərini də bölüşüb:
“Yeni çəkilən filmləri zamanım olduqca izləyirəm. Çox sevinirəm ki, bizdə yenidən film çəkmək mərhələsi başladı. Birdən-birə heç nə olmur. İndi kommersiya filmləri çəkilir. Arzu edirəm ki, köhnə kinolarımız kimi filmlər çəkilsin. Fəxrəddin Manafovla triller filmi çəkəcəkdik, amma ssenaridə problem oldu. İnşallah, gələcəkdə həmin filmi ekranlaşdıracağıq. Hazırda teatrda, İncəsənət Universitetində çalışıram, seriala çəkilirəm. Yerli filmlərdə rol almağa vaxtım yoxdur. Yüksək qonorar tələb edən vaxtımdır. Amma Azərbaycanda aktrisalar yüksək qazanc əldə etmir. Yaşar Nuri deyirdi ki, 50 yaşa kimi biz adımız üçün çalışırıq, 50-dən sonra adımız bizə qazandırmalıdır. Ən böyük arzum teatrda şəhid anası obrazını canlandırmaqdır”.
Ötən il beyin əməliyyatı keçirən xalq artisti səhhətindən danışıb:
“Bu mərasimdəyəmsə, deməli, yaxşıyam. Allaha şükür ki, səhhətim normaldır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024