Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (9-04-2014, 17:55)
Tanınmaz hala düşən müğənni pərəstişkarlarına səsləndi

Janna Friske: "Əzizlərim mənim, güman edirəm ki, bu yaxınlarda sizin ilə görüşəcəyik"

Xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı müğənni Janna Friske pərəstişkarlarına səslənib. 
ANS PRESS-in məlumatına görə, hal-hazırda Amerikada müalicə olunan ifaçının vəziyyəti yaxşılığa doğru gedir. Özünü normal hiss edən Janna: "Əzizlərim mənim, güman edirəm ki, bu yaxınlarda sizin ilə görüşəcəyik" sözlərini bildirib. 
Jannaya dəstək çıxmaq üçün pərəstişkarları onun üçün sürpriz video çarx hazırlayıblar. Klip "Janna, yaşa! Janna rəqs et" adlanır. Həmin görüntülər ifaçıya yollanıb, Friske həmin kadrları gördükdən sonra sevincli olduğunu bildirib. Daha sonra isə sevənlərinə üz tutaraq şəxsi internet saytında bildirib ki, yaxınlarda görüşəcəklər: "Əzizlərim, hər birinizə təşəkkürümü bildirmək istəyirəm, işinizi qiymətləndirirəm. Hal-hazırda sizin sevginizə, diqqətinizə ehtiyacım var. Göndərdiyiniz videoya baxdım, göz yaşlarımı saxlaya bilmədim. Mənə olan inamınızı itirməyin, dualarınızı əksik etməyin. Sevgi ilə sizin Janna Friske!".
Qeyd edək ki, müalicə zamanı müğənnini tək qoymayan həyat yoldaşı Dmitri Şepelev, balaca oğlu Platon, valideynləri və kiçik bacısı Nataşa ona dəstək olublar. 
Jannanın atası Vladimir Borisoviç "StarHit" jurnalına verdiyi müsahibə zamanı nəvəsinin necə böyüdüyü barədə söhbət açıb. "Nəvəm Janna üçün çox darıxırdı, Moskvada olanda şəkillərinə baxıb sığallayırdı. Platon günbəgün yox, saatbasaat böyüyür. Balacanın artıq 4 dişi var, hərdən bizi dişləmək istəyir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024