Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (2-12-2015, 14:15)
“Hamıdan üzr istəyirəm, sərxoş idim...” - Təranə

 

Mediatv.az Prodüser Təranə Səmədovanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

-Müsahibəyə sizin yol polisi ilə yaşadığınız qalmaqaldan başlayaq...

-Hadisə baş verəndə mənə yaxın olan bir dostum yanıma gəldi. İçkili olduğumun yoxlanılması üçün tibbi müayyinəyə getdik. Çıxandan sonra birbaşa evə getdim. Yolda dostumla belə məsləhətləşdik ki, mən mətbuata sərxoş olduğumu etiraf etməyim. Amma bu dərəcədə bütün ölkə səviyyəsində şişirdiləcəyini düşünmürdüm. İstəməzdim ki, belə olsun. Mən belə olduğunu bilsəydim jurnalistlər zəng vuran zaman həqiqəti qeyd edərdim. Mən heç vaxt yalan danışmamışam. Bu dəfə kiçik yalan danışdım və qınaq obyektinə çevrildim. Sizin vasitənizlə sizdən və jurnalist dostlarımızdan, oxuculardan üzr istəyirəm. Etiraf edirəm ki, həmin gün sərxoş idim.

“Bütün ölkə səviyyəsində şişirdiləcəyini düşünmürdüm”

-Hadisədən sonra psixoloji durumunuz necədi?

-Psixoloji durumum yaxşıdır. Həyatda hər aldığım zərbələrdən daha da güclənirəm. Mən demirəm ki, “heç nə vercimə deyil, arsızam”. Bir gün ərzində stress yaşadım. Bu dərəcədə qabardılacağını, gündəmə gətiriləcəyini bilmirdim. Mənimlə bağlı kiçik xəbərlər belə dəhşətli partlayışa səbəb olur. İnsanlar müzakirə edirlərsə, deməli mən onlara maraqlıyam. İnanın ki, o qədər müğənnilər var ki, bu cür partlayışlı bir hadisəyə sahib olmaq istəyərdilər. Bu qədər təhqir və tənqidlər içərisində insanlardan da özümə qarşı isti qayğı hiss etdim.

“Yüksək məbləğdə cərimələndim”

- Bir az sonrakı prosesdən danışın. Maşının aqibəti necə oldu?

-Mənim və meyxanaçı Pərviz Bülbülənin avtomobili cərimə meydançasına aparıldı. Belə də olmalı idi. Sərxoş olan sürücünün avtomobili cərimə meydançasına aparılmalıdır. İki gün iş günü deyildi. Birinci günü sağ olsunlar, xanımlığıma hörmət qoydular. Həmin gecə mənim tanınan biri olduğumu bilmədilər. Sərt cəzalar verilsəydi, mən həbsdə olmalıydım. Sürücülükdən də məhrum olunmuşdum. Ən azından bir il avtomobil sürmək mənə qadağan olunacaqdı. Çox sağ olsunlar, hörmət etdilər. Yüksək məbləğdə cərimə ödəməklə cəzamı çəkdim.

“Qapını açmaq istədi, polis əməkdaşları icazə vermədi”

-Videoda siz Pərviz Bülbülənin qapısını döydüz, o isə öz avtomobilinin qapısını açmadı...

Biz eyni məclisdə idik, Pərviz mobil telefonunu məclisdə unutmuşdu. Mən ona zəng vurdum ki, telefonun məndədi, onu gətirib sənə verim. Bu vaxtı reydə düşdüm, məni saxladılar. Bunu Pərvizlə telefonda danışanda dedim. Ən azından o dost kimi hadisənin baş verdiyi məkana gəldi. Mən bir tərəfdə qaldım, Pərvizin avtomobilini də cərimə meydançasına apardılar. Qapını açmaq istədi, polis əməkdaşları icazə vermədi. Onu da qınaya bilmərəm. Can yandırıb gəldi.

“Pərvizlə mənim aramda sevgi heç vaxt ola bilməz”

-Pərvizin sizinlə sevgi münasibətiniz olması barədə şayiələr yayıldı

-Bu şayiələri eşidəndə çox güldüm. Mənim Pərvizlə tanışlığım tədbirlərdən tədbirlərədir. Pərviz çox gözəl ailə başçısıdı, istəmərəm onun ailəsində söz-söhbət yaransın. Pərvizlə mənim aramda sevgi heç vaxt ola bilməz. 

-Bu xoşagəlməz hala görə peşmançılıq hissi keçirirsiz?

-Spirtli içki qəbul etməyim özəl məsələmdi. Xanımlara, ümumiyyətlə, sürücülərə sərxoş halda sükan arxasında əyləşməyi tövsiyə etmirəm və peşmanam.

“Həmin polis bu addımına görə peşmandır”

- Bir sıra xanım jurnalistlər sosial şəbəkədə sizə dəstəklərini ifadə ediblər və onlar polisin sizə qarşı kobud rəftar etdiyini qeyd ediblər. Bununla bağlı hər hansı bir addım atmaq niyyətiniz var?

-Heç bir ciddi addım atmayacam. Çünki mən mütləq qanuna tabe olmalı idim. Etiraf etməli idim ki, içkiliyəm, açar və sənədlərimi polisə təhvil verməli idim. Demirəm ki, yol polisləri mənə zor tətbiq etməlidir. Amma, həmin polis bu addımına görə peşmandır.

- Hardan bildiniz ki, peşmandır? Sizdən üzr istədi?

-Ötən gün ilk öncə mən həmin polisdən üzr istədim. Mənim üzrxahlığımdan sonra yol polisi də məndən üzr istədi.

-Şou aləmi isə sizi bu məsələdə qabarıq şəkildə müdafiə etmədi. 

-Hadisə olanda ilk mənə zəng edən müğənni Elçin Cəfərov oldu. Daha sonra aparıcı Cavid Gül zəng vurdu. Qənirə Ataşovadan isə düzü, o cür dəstək gözləmirdim. Ölkə xaricində hadisəni izləyib, qadına dəstək olacaq fikirlər sosial şəbəkədə yazıb. Çox böyük təşəkkürümü bildirirəm.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024