Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (23-11-2015, 13:14)
“Bu haqsızlıqdır” - Baloğlan

“Bu haqsızlıqdır” - Baloğlan

 

“Mahnılarım uzun illərdir xarici müğənnilər tərəfindən mənimsənilir”.

 

Mediatv.az xəbər verir ki, bu sözləri əməkdar artist Baloğlan Əşrəfov mahnılarının əcnəbi müğənnilər tərəfindən müəllifi göstərilmədən ifa edilməsi ilə bağlı axar.az-a danışarkən deyib. Müğənni bu kimi halların dəfələrlə təkrarlandığını bildirib: "Mənim mahnılarımı ayrı-ayrı millətlərdən olan müğənnilər ifa ediblər. Bəziləri müəllifi göstərsə də, məndən halallıq alsa da, əksəriyyəti bunu etməyib. Türkiyəli müğənnilər - Sərdar Ortac və Mahsun Qırmızıgül mahnılarımı ifa etmədən öncə mənimlə əlaqə saxlayıb, icazə istədilər. Mən də onlara dedim ki, oxuyun, halal xoşunuz olsun.

Bir mahnımı iki gənc müğənni də oxuyub, adlarını unutmuşam, onlar da müəllifi göstərmədən ifa ediblər. O gənclər hətta mahnılarıma klip də çəkdiriblər. Amma müəllif yerinə "anonim" yazıblar. Bundan başqa, bir türk müğənni mənim "Alagöz" mahnımı bir xanımla duet oxumuşdu. O da eyni cür - müəllifi göstərməmişdi. Bu haqsızlıqdır. Bir özbək müğənnisi var - adı Zeynəbdir. O, mənim mahnımı oxuyub, amma adımı qeyd etməyib. Mən belə insanlara haqqımı halal etmirəm".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024