Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (21-09-2015, 11:25)
“Artıq bəsdir, öyrənin bu ədəb-ərkanı“

 

bitmap-img6


Xalq artisti Nisə Qasımova ilə həmkarı Nisə Qasımova arasında illərdi yaşanan qalmaqal növbəti dəfə alovlanıb

 

Mediatv.az xəbər verir ki, onların budəfəki qalmaqalı N.Qasımovanın illər öncə ifa etdiyi “Yalvarıram” mahnısı üstündə olub. Belə ki, B.Dadaşovanın maqazin proqramlarının birinə müsahibəsində “"Yalvarıram” adlı mahnının ilk cəmiyyətə tanıdan mən olmuşam. Bəstənin tanınmasında mənim dəstəyim olub”, söyləməsi həmkarının ürəyincə olmayıb.
 
Buna görə də N.Qasımova “10-lar” verilişində B.Dadaşovaya səslənib: “Artıq susmaq niyyətim yoxdur. Qırx üç il susmaq olmaz. Bu günə qədər kim nə dedi, susdum. Birdə gördüm ki, mən susa-susa kim nə istəyir, onu da edir. Amma bundan sonra susmayacam. Mənim ifa etdiyim “Yalvarıram” mahnısını qəribə bir formaya salıb, oxuyurlar, deyirlər ki, sənətkarıq. Bu sözə gəl öl də. Heç vaxt mahnı qıtlığı yaşamamışam. Ona qalsa bəstəkar Faiq Sücəddinovun özü mənə mahnılar təqdim edirdi, onun ifa etdiyi “Azərbaycanım” mahnısını ilk olaraq mənə təqdim etmişdi. Bəstə mənə təqdim olunanda gördüm ki, mahnı yaxşıdır, amma mənə görə deyil. İndi durum mən də deyim ki, o mahnının ilk ifaçısı mən olmuşam? Bu ifaçı mənim illər öncə ifa etdiyim “Mənim dünyam” adlı mahnını da oxuyub, hətta yeni çıxan albomunun da adını “Mənim dünyam” qoyub. Azərbaycanda ilk dəfə bu mahnını oxuyan mən Nisə Qasımova olmuşam. Oxuduğun dünya mahnısında dünyadan heç bir əksər əlamət yoxdur. Nədə oxumusan bilmirəm? İncimə. Əgər sən deyirsən ki, mənim “Yalvarıram” mahnısını gündəmə gətirdim, dağda, bağda belə elədim, onu saxla özün üçün. Bu yaxınlarda istəyirdim ki, bu müğənnin mahnılarından birini oxuyum və göstərim ki, gör mahnını hansı emosiya ilə oxuyarlar. Çox heyf edirəm ki, ünsiyyətimiz olmasa da mən sənə zamanında bacı kimi baxmışam. Amma sənin ambisiyan var idi ki, “mən bunun yanında əjdahaya oxşayıram”, bu mənim qəlbimə toxundu. Heç kim mənim yanımda əjdahaya, sıçana oxşaya bilməz. Hamımız insanıq. Kamera arxasında hərəsi bir cür olur. O ki, kamera çəkir, kimisi mənə arxasını, kimisi çiynini. Artıq bəsdir, öyrənin bu ədəb-ərkanı”. (lent.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024