Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-07-2015, 14:17)
Nisə Qasımova: "Təəssüf..."

"Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam". Bu açıqlamanı plastik əməliyyatın daha bir qurbanı xalq artisti Nisə Qasımova verib.

ANS PRESS-in məlumatına görə, xalq artisti Nisə Qasımovanın son görüntüləri iki gündür ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olub. Sarı uzun saçla görməyə adət etdiyimiz sənətkarın qısa qara saçlı imici və üz cizgilərindəki dəyişiklik hər kəsin təəccübünə səbəb olub. 

Nisə xanımın yeni görüntüləri sosial şəbəkələrdə "Plastik əməliyyatın daha bir qurbanı" şərhi ilə paylaşılır.

Yeni imicinin birmənalı qarşılanmadığından təəssüflənən xalq artisti isə heç bir plastik əməliyyat etdirmədiyini deyir. O, açıqlamasında bu görüntüsünün sadəcə bir obraz olduğunu açıqlayıb: 

“Mənim əzizlərim, bu, mənim iki gün öncə ofisdə çəkdirdiyim şəkildir. Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam. Mahnı müsabiqəsindəki qara parik və parikə uyğun makiyaj mənim sadəcə bir günlük kaprizim idi. Və düşünürəm ki, Puqaçovanın repertuarından oxuduğum mahnını öz dolğun sarı saçlarımla oxusaydım, onda ona başqa rəy verərdiniz. Təəssüf ki…”

Nisə Qasımova özü də dəfələrlə efirlərdə və mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini deyib. Cəmi iki dəfə estetik əməliyyata girdiyini açıqlayan müğənni, qarın nahiyyəsindəki piyləri və göz altı qırışları yox etdirmək üçün əməliyyata girdiyini açıqlayıb.

Bu əməliyyatlardan sonra xalq artisti KİV-lərə açıqlamasında peşman olduğunu bəyan etmişdi. “Hal-hazırda plastik əməliyyat etdirmək istəmirəm. Çünki düşünürəm buna ehtiyac yoxdu” - deyərək, plastik əməliyyatlara “stop” dediyini bildirmişdi.

Bundan əvvəl gözəl aktrisa, "xalq artisti Amaliya Pənahova plastic əməliyyatın qurbanı kimi gündəmə gəlmişdi.

Mediatv.az 

шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024