Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (13-08-2015, 18:19)
Miri Yusifdən oğurluq ittihamlarına- Cavab

Miri Yusifdən oğurluq ittihamlarına- Cavab

Türk müğənni Funda Ararla Miri Yusifin arasında yaşanan qalmaqalda adı hallanan, “Bağışla”mahnısının müəllifi olduğunu bildirən MC Muradın Miri Yusif haqda səsləndirdiyi sərt ittihamlara münasibət gəlib. 

 

Miri Yusifin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, müğənni MC Murad dələduzluq etdiyi və yanlış ittihamlar səsləndirdiyi üçün onu məhkəməyə verəcək:

“Biz MC Muradın video açıqlamasını izlədik. Bu açıqlama Türkiyə tərəfinin məsuliyyəti öz üzərindən atması üçün atılan addımdır. Biz bütün ittihamlara məhkəmədə cavab verəcəyik, bizim davamız Funda Ararladır. Çünki o sözləri və musiqisi Miri Yusifə məxsus olan “Bağışla” mahnısını icazəsiz oxuyub. Vəkilimiz İstanbulda bununla bağlı iş aparır, orada məhkəmədə hər şey həll olunacaq. MC Muradın ittihamlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ortada dələduzluq faktı var, Murad bəy Azərbaycanda məhkəməyə veriləcək. Məhkəmədə bütün sübutları ortaya qoyacağıq. Onun nə üçün belə bir addım atdığını bilmirik”.

Qeyd edək ki, MC Murad “Bağışla” mahnısının müəllifi olduğunu iddia etmişdi. Daha sonra “Youtube” kanalında yerləşdirdiyi video-çarxda Miri Yusifin onun mahnılarını öz adına çıxaraq tamaşaçıları aldatdığını bildirmişdi.

Funda Ararın komandası da məsələyə biganə qalmayıb. Türkiyəli şair, mahnınınsözlərini türk dilinə çevirən Günay Çoban mahnının sahibinin Murad Quliyev olduğunu və ondan icazə alındığını bildirmişdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024