Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (13-07-2015, 19:27)
Təranə xəyanəti təsdiqlədi - “Sən pas atmısan, ay yazıq”

Təranə xəyanəti təsdiqlədi - “Sən pas atmısan, ay yazıq”

Müğənni Nazənin və Təranə Qumral arasında baş verən qalmaqal səngimək bilmir.

Müğənni Təranə Qumral məhkəmə prosesindən sonra sosial şəbəkədə paylaşım edib.

Müğənni qarşı tərəfə yazığı gəldiyini bildirib:

“Mən hər zaman dəyərli, qürurluyam və sevilirəm, seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözü mənə baxanda qamaşırsa, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı:

"Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".

Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmədə araşdırma zamanı sübut olunub ki, həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibət var. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı mesajlar da üzə çıxarılıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.

///qafqazinfo

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024