Mədəniyyyət (26-07-2019, 10:26)
“Onun mahnısı çox xoşuma gəlir” - Leyla Əliyeva
İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.
Mediatv.az Azərtac-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.
Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:
- Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.
- Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?
- Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır. Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun “Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir.
- Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?
Leyla Əliyeva: Bizim o qədər mahnılarımız var ki... Bakı məndə musiqi, sevgi və sevinclə assosiasiya yaradır. Əlbəttə ki, Müslüm Maqomayevin “Azərbaycan”ı nömrə birdir. Bəli. Ümidvaram ki, bundan sonra daha çox musiqi olacaq. Çünki bizim xalqımız musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü “yaradan” sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı daha yaxşı edir.
- Zəhmət olmasa deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?
- Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024