Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (30-08-2017, 10:00)
Kamran Həsənli - Samir Piriyev qalmaqalı: Şoumen müğənnini yalançı adlandırdı

Kamran Həsənli - Samir Piriyev qalmaqalı: Şoumen müğənnini yalançı adlandırdı

 

Təxminən 2 ilə yaxındır ki, Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında olan maliyyə qalmaqalı səngimək bilmir. Samir Piriyev və onun vəkili Kamran Həsənlinin onun pulunu mənimsədiyini iddia edirdi və bu barədə, demək olar ki, hər ay mətbuatda açıqlamalar verirdilər. Hətta mətbuat konfransları da təşkil edirdilər.

Mediatv.az  xəbər verir ki,  Kamran Həsənli enter.news saytı ilə əlaqə saxlayaraq bu məsələnin artıq sona çatdığını bildirib və kifayət qədər qaranlıq qalan məqamlara aydınlıq gətirib.

Kamran Həsənli bildirib ki, indiyədək Samir Piriyevin danışdığı yalanlar, atdığı şər-böhtanlar sona çatdı. Çünki Samir Piriyev həmişə deyirdi ki, "pulu Kamran Həsənliyə vermişəm. Bizə deyib ki, Türkiyədə obyekt var. Amma Türkiyəyə gedəndə gördüm ki, obyekt-filan yoxdur. Mənim pulumu yeyiblər".

Kamran Həsənli məsələnin tam başqa cür olduğunu qeyd edib: "Amma istintaq nəticəsində aydın oldu ki, Samir Piriyev dəfələrlə Türkiyədə olub, həmin obyekt də var, onun özü isə pay sahiblərindən biri olub. Bütün bunları onun özü boynuna alıb. İki ilə yaxındır ki, istintaq gedir. Hüquq-mühafizə orqanlarının tələbi ilə həmin türk iş adamı Bakıya gəldi. Həmin şəxsin adı Ərhan Yılmazdır. O ifadə verdi. İfadəsində Samir Piriyevin yalançı olduğunu isbat etdi. Samirin üzünə dedi ki, bütün pulu birbaşa Türkiyədə Ərhan Yılmazın özünə verib. Həmin şirkət müflis olub. Bizim hamımız ciddi şəkildə orada pul itirdik. Samir Piriyev də gördü ki, pul orada batır, ona görə mənim üstümə düşdü ki, Bakıda nə bacarsam, Kamran Həsənlidən alaram".

Daha sonra Kamran Həsənli "Qurani-Kərim" məsələsinə aydınlıq gətirdi: "İfadə zamanı Samiri məcbur ediblər ki, "Qurani-Kərim"ə əl basmalısan. Samir Piriyev də "Quran"a əl basıb və and içib ki, bəli, mən Ərhan Yılmazla ortaq olmuşam. Siz bir şeyə diqqət edin ki, həmin şirkətin sahibi Ərhan Yılmaz özü Bakıya gəlib ifadə verir və izah edir ki, bütün pul ona verilib. Samirgil həmin bu istintaq müddəti ərzində əllərindən gələn hər şeyi etdilər ki, məni ləkələsinlər. Haqq-ədalət həmişə öz yerini tutur. Heç kim gözləmirdi ki, Türkiyə vətəndaşı olan bu adam gəlib Bakıda ifadə versin".

Kamran Həsənli ortaq olduqları şirkətdə özünün də zərərçəkənlərdən biri olduğunu xatırladıb: "Onu da qeyd edim ki, Ərhan Yılmaz şəxsən mənim özümə  300 min avro borcludur. Banklara bu adamın çoxlu borcu var. 12 milyon dollar qiyməti olan həmin şirkətimiz Türkiyədə müflis olub. Samir Piriyevin 80 min, mənim isə 300 min zərərim olub. Türk iş adamı ifadəsində dedi ki, bizim içimizdə ən xoşbəxt adam elə sənsən. Mən milyonlarla dollar itirmişəm, amma siz 80 min və 300 min. Biz ortaq olmuşuq, çörək kəsmişik. Biznesdə belə bir məntiq var: Ortaqlar həm qazanca, həm də itirdikləri pula şərik olurlar..."

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024