Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (11-04-2023, 08:34)
“Təəssüflər olsun ki, musiqi əhli toydan qazanır...” - Xalq artisti

“Təəssüflər olsun ki, musiqi əhli toydan qazanır...”
“Bədii şura mütləq olmalıdır. Hər televiziyanın öz bədii şurasının olması məsələsi tamam cəfəngiyyatdır. Bədii-şura bir dənə olmalıdır və bütün televiziya məkanına təsir etməlidir. Bu bizim cəmiyyətimizin mədəni səviyyəsinin qorunmasıdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Bu gün efirlərdən səslənən bəzi musiqi materialları heç bir tamaşaçıya lazım deyil. Efirlərdə yalnız bədii şuranın razılıq verdiyi əsərlər səslənə bilər. Onların razılıq vermədiyi əsərlər efirdə səslənməməlidir. Mən bunun əleyhinəyəm”.

Mediatv.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi deyib.

“Bayağı mahnı, bayağı musiqi” ifadələri yoxdur. Sadəcə olaraq keyfiyyəti yüksək olmayan musiqilər var. Biz musiqiyə təəssüflər olsun ki, əyləncə kimi baxırıq, amma musiqi elmdir. Musiqi insanı tərbiyələndirə bilir, haldan-hala sala bilir, qəmli edir, şən edir. Görün musiqinin gücü nə qədər möhtəşəmdir. Hansısa bir əsəri kimsə keyfiyyətsiz oxuyur, ona bayağı mahnı deyirlər. Amma başqası bu əsəri çox gözəl ifa edə bilər. İfaçıdan çox şey asılıdır. İfaçı, aranjmançı mahnını həm göyə qaldıra bilər, həm də yerə çırpa bilər. Konsertlərdə, şadlıqlarda daha çox önəm verilən və böyük sevgi ilə dinlənilən əsərlər 20-30 il bundan əvvəl yazılmış əsərlərdir. Tofiq Quliyevin, Emin Sabitoğlunun, Ramiz Mirişlinin mahnılarıdır. Bu əsərlər bizim mədəniyyətimizi yaşadır. Bu gün yazılan, ifa olunan əsərlər daha çox toy bazarına ünvanlanıb. Çox böyük təəssüflər olsun ki, musiqi əhlinin qazanc mənbəyi toy biznesidir” deyə sənətkar bildirib.

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bu günlərdə bildirmişdi ki, yeni yazılan mahnılarda əcnəbi ritmlər, elementlər var. Buna münasibətiniz nə ola bilər?” sualına isə xalq artisti belə cavab verib.

“Dil komissiyası musiqiyə qarışa bilməz. Yaxşı olar ki, onlar ancaq sözlərə və dil məsələlərinə münasibətlərini bildirsinlər. Musiqiyə musiqiçilər baxa bilər. Musiqidə hər cür elementlər istifadə oluna bilər. Çünki musiqi sərhəd tanımır” deyə sənətkar bildirib.

Siyavuş Kərimi xalq artisti Azərpaşa Nemətovun vəfatından da danışıb.

“Çox böyük sarsıntı içərisindəyəm. Onunla “Hamlet” tamaşasında, “Zəfər yolu”, “Natəvan” tamaşalarında birlikdə çalışmışam. O mədəniyyətin generalı idi. Böyük itkidir. Mənim yaxın dostum idi, ona görə də mənim üçün çox ağırdır. Xatirələrdə gördüyümüz işlər qalacaq. Həmişə səhnəyə birlikdə çıxardıq, indi isə o yoxdur. Allah rəhmət etsin, o haqq dünyasındadır” deyə sənətkar bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024