Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.Mediatv.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.
Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.