Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə "Unikal" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.