Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyev qətlə yetirlib. 

Baş Prokurorluqdan verilən məlumata görə, G.Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat aprelin 30-u saat 23 radələrində daxil olub. 

Aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.