Beyləqan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.