Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (12-01-2022, 20:00)
Ramiz Mehdiyevin qohumunun evini qarət edən dayə DANIŞDI - ŞOK İFADƏLƏR

 Bakıda Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın evindən oğurluq etməkdə ittiham edilən Gülnar İsmayılovanın cinayət işi üzrə ifadələr məlum olub. "Mediatv.az" xəbər verir ki, lent.az həmin məhkəmə işinin materialları əldə edib.

İttihama görə, G. İsmayılova 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək dayə işlədiyi və sərbəst daxil olub çıxdığı Sevinc Orucovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən oğurluq etmək təqsirli bilinib.

Təqsirləndirilən şəxs mənzilin eyvanında olan saxlanc yeri hesab edilən dəmir seyfin qapısını S. Orucovanın məlumatı olmadan ona məxsus əl çantasından əldə etdiyi açarla açaraq qanunsuz daxil olub. O, S. Orucovaya məxsus 50 000 manat pulun 20 000 manatını və direktorun qardaşına məxsus 41 000 ABŞ dollardan 34 000 ABŞ dollarını götürüb.

İş üzrə zərər ümumilikdə 77 800 manat təşkil edib. S. Orucovanın şikayəti əsasında G. İsmayılova həbs edilib.

Məhkəmədə danışan G. İsmayılova ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd edib ki, 2015-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi S. Orucovanın mənzilində dayə kimi işləyib və oğluna baxıb:

“Dayəliklə yanaşı eyni zamanda onun evində təmizlik işləri də görmüşəm. İş saatım adətən səhər saat 07:00-da başlayıb və axşam saat 22:00-dək davam edib. Sevinc xanım hər gün səhər 7-də evdən çıxıb, axşam 8-də qayıdırdı. Münasibətlərimiz çox yaxşı idi. Hətta Sevinc xanım 2018-ci ilin mart ayında məni direktor işlədiyi Heydər Əliyev adına liseyə laborant kimi işə qəbul etdi. Bunun sayəsində əlavə maaş da alırdım. Hər iki işin öhdəsindən gəlirdim. Uzun müddət o evdə çalışdığımdan Sevinc xanımın pullarının və qızıllarının yerini bilirdim. Mənzildə ancaq Sevinc xanımın pulu olub, qardaşının o evdə heç zaman pulu olmayıb. Birinci dəfə 2019-cu ilin noyabr ayında Sevinc xanımın evdə olmamasından istifadə edərək seyfdən pul götürdüm. Sevinc xanım evə qayıtdıqdan sonra mən uşağı yatızdırıb oranı tərk etdim. Evdə götürdüyüm pula baxanda gördüm ki, 11 min dollardır. Bundan başqa, 2019-cu ilin noyabr ayında Sevinc xanımın axşam parka düşməsindən istifadə edib seyfdən yenə pul götürərək çantama qoydum. Axşam evə gələndə pulları saydım, 14 min manat olduğunu müəyyən etdim. Mən bu iki faktdan başqa evdən pul götürməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 18 mart 2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən Sevinc xanım, onun anası Elmira xanım, qardaşı Anar və bibisi oğlu Zaur onların yaşadığı evə gəliblər: “Sevinc hər kəsin yanında mənə evindən 80 000 manat pulun oğurlandığımı bildirdi. Mən isə ona cəmi 11 000 ABŞ dollar pul götürdüyümü və həmin pulu da xərcləmədiyimi dedim. Pulları ona geri qaytardım. Sevinc isə pulu məndən geri aldıqdan sonra harasa şikayət etməyəcəyinə dair söz verdi. Lakin o məni aldatdı və Yasamal rayon Polis İdarəsinə şikayət etdi. Mən cinayət yolu ilə əldə etdiyim pullardan 11 000 manatını özümə məxsus “Hyundai Sonata” markalı avtomobilin kreditini ödəmişəm. Yerdə qalan 3000 manat pulu şəxsi ehtiyaclarıma xərcləmişəm. Həmçinin həbsdə olduğum vaxt anam yaşadığımız evi sataraq Sevincin pulunu qaytarıb”.

G. İsmayılova hazırda əməlindən səmimi peşman olduğunu deyib:

“Sevinc xanımla barışmağımı, dəymiş ziyanı ödəməyimi nəzərə alın. Gəncəm, təhsil almaq və ailə həyatı qurmaq niyyətim var. Bu səbəbdən barəmdə həbslə bağlı olmayan cəza verməyinizi xahiş edirəm”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən S. Orucova deyib ki, 2016-cı ilin noyabr ayından Bakı şəhəri, Xətai rayonu, N.Əliyev 50 ünvanında yerləşən Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışır. O, çalışdığı işi ilə bağlı hər gün səhər saatlarında evdən çıxıb axşam saat 18:00-da evə qayıdır:

“Gülnar qohumumuzdur. 2019-cu ilin sentyabr və noyabr aylarında ara sıra mənim çağırışım əsasında mənzilinə gələrək ev işlərində mənə köməklik göstərib. Evdə olan zaman mənə və qardaşıma məxsus pulların qoyulduğu seyfin yerini bilib. Evdə olmadığım vaxtlarda seyfdən hissə-hissə ümumilikdə 77 800 manat pulu oğurlayıb. Seyfdən oğurlanmış 34 000 ABŞ dollar pulun qardaşıma, 20 000 manat pul isə mənə məxsus olub. Gülnarın pulu oğurlaması ilə bağlı etirafını və eləcə də evdə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış görüntülərini istintaq zamanı təqdim etmişəm. Hazırda isə mənə dəymiş ziyan tam ödənilib. Gülnarla barışmışam, hər hansı şikayət və tələbim yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. İsmayılova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və G. İsmayılovaya 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən S. Orucovanın adı mediaya yad deyil. Mətbuatın yazdığına görə o, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Belə ki, S. Orucova sərt karantin dövründə R.Mehdiyevin nəvəsinin toyunda iştirakı ilə medianın gündəminə gəlmişdi.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Təhsil naziri tərəfindən S.Orucovaya töhmət verilmişdi.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024