Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin edilib.
"Mediatv.az" xəbər verir ki, Vəkil Bəhruz Bayramov “Report”a bildirib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.
O deyib ki, S.Rüstəmlinin səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa çıxması ilə üçün məhkəməyə ərizə təqdim edilib. Məhkəmə onun xəstəliyi ilə bağlı ekspertiza təyin edib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı. Aclığın 41-ci günündə keçmiş icra başçısının səhhətində problem yarandı və o, aclıq aksiyasını dayandırdı.