Mediatv.az xəbər verir ki, onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət almaqda) ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əjdər Ol nazirlikdə Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.