Kriminal (20-12-2021, 12:58)
Əlif Hacıyevin qardaşı ilə bağlı MƏHKƏMƏ QƏRAR VERDİ
Bakıda avtomobilə odlu silahdan atəş açan sabiq polis rəisi Rza Hacıev həbs olunub.
"Mediatv.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Xatırladaq ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu rayonunun və Neftçalanın keçmiş polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir.
Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024