Kriminal (13-12-2021, 13:40)
Rusiyada Cabbar Atakişiyev sərnişinləri bıçaqladı - Foto
Rusiyanın Voronej şəhərində taksi sürücüsü sərnişinləri bıçaqlayıb.
Mediatv.az “News.ru”ya istinadən xəbər verir ki, insident dekabrın 11-i baş verib.
27 yaşlı Cabbar Atakişiyev Lensovet küçəsində bıçaqla iki kişinin üzərinə hücum edib.
İlkin məlumata görə, göstərilən ünvana çatan sərnişinlər gediş haqqını ödəyə bilməyib. Sərnişinlərin biri bankomata yollandıqda, sürücü digər sərnişinin avtomobildən enməsinə icazə verməyib. Lakin o, maşından düşüb və bu zaman Atakişiyev onların hər ikisinə hücum edib. Sərnişinlərdən biri 17 bıçaq zərbəsi alıb və xəstəxanada keçinib. Digərinin isə vəziyyəti ağırdır. Cinayəti törədən Atakişiyev hadisə yerindən qaçıb. Axtarışa verilən sürücü tapılıb və saxlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində Cabbar Atakişiyevin azərbaycanlı olduğuna dair məlumatlar paylaşılsa da, bununla bağlı rəsmi informasiya yoxdur.