Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-08-2021, 19:30)
Fərhad Mollazadə vurduğu ziyanın 2,3 milyon manatını ödəyib


Fərhad Mollazadə vurduğu ziyanın 2,3 milyon manatını ödəyib


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Mediatv.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Alim Babayev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

“Tanışlarım Şəmsi və Rzanın göstərişləri ilə “Günay Bank”dan müəyyən məbləğdə pulları çıxarıb “Əmrah Bank”a apararaq, Rövşən adlı şəxsə verirdim. Ümumilikdə 2-3 min manat pulu Rövşənə vermişəm və bu məbləğdən özümə heç nə götürməmişəm”.
Daha sonra hal şahidi kimi Rəhman Aslanov dindirilib. O qeyd edib ki, Fərhad Mollazadəni tanıyır:
“Əməliyyat zamanı F.Mollazadənin cibindən və otağındakı seyfdən pullar çıxdı. Cibindən təxminən 2 min dollar, seyfdən isə 10 min manata yaxın pul götürüldü. Axtarış zamanı otaqdan ev sənədləri də çıxdı”.
Daha sonra şahid Elgün İsmayılov dindirilib. O, Fərhad Mollazadə və Səlim Əlizadəni tanımadığını bildirib:
“Mən Vüqar adlı şəxsin yanında avtoservisdə usta köməkçisi işləyirdim. O dedi ki, təzə bir avtoservis açıb səni ora usta qoyacağıq. Bildirdi ki, avtoservis açmaq üçün əvvəlcə mənim adıma iki MMC açılmalıdır. Mən də razılaşdım. Lakin nə tenderlərdən, nə də pullardan xəbərim olmayıb. Sonra da Vüqar usta vəfat etdi”.
Şahidlər dindirildikdən sonra hakim XİN-in nümayəndəsinə söz verib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın ödənilməsidir:
“Dəymiş ziyanın ümumi məbləği 2 543 173 manatdır. Bu məbləğin 2 300 000 manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 173 manat ödənilməmiş olaraq qalır. Lakin DTX-ın əməliyyatı zamanı müsadirə olunan 14741 manat da dəymiş ziyandan çıxılarsa, 228 432 manat ödənilməmiş olaraq qalır”.
Hakim Əfqan Hacıyev təklif edib ki, yerdə qalan məbləği Səlim Əlizadə ödəsin.
Məhkəmə prosesi 31 avqustda davam etdiriləcək.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024