Kriminal (25-06-2021, 18:27)
Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILDI

Lerik rayon prokurorluğundan HİT.Az-a verilən məlumata görə, aparılmış araşdırma ilə müəyyən edilib ki, Noda bələdiyyəsinin sədri Səlim Səfərov dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləyib, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025