Kriminal (26-10-2014, 17:16)
Şampunun içindən narkotik çıxdı- Fotolar
Bakıda məhkum qardaşının zahiri təmizliyinin "qeydinə qalan" şəxs onu daxilən zəhərləməyə cəhd göstərib.
“Mediatv.az” Penitesiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyevtərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
