Kriminal (17-01-2020, 10:30)
Bakıda narkotik alverçiləri mənzili yandıraraq izləri itirməyə çalışdılar
Narkotik alverçiləri olduğu təxmin edilən şəxsləri yaxalamaq üçün əməliyyat keçirən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları İsmayıl bəy Qutqaşınlı küçəsində 1 nömrəli binada G.Z.-yə məxsus mənzildə başlayan yanğının şahidi olublar.
Bu barədə Oxu.Az-a Yasamal rayon Polis Şöbəsindən məlumat daxil olub.
Hadisə yanvarın 14-də saat 21:00 radələrində baş verib.
Yanğın söndürülərkən polis əməkdaşları bir şəxsin evin damına çıxaraq gizlənməyə çalışdığını görüb. Onlar cinayətkarı təqib edərək tez bir zamanda tutmağa müvəffəq olublar.
Onun Fizuli rayon sakini Sənan Mahir oğlu Eyvazov olduğu məlum olub.
Araşdırma zamanı maraqlı məqamlara aydınlıq gəlib. M. Eyvazov yanğın nəticəsində vanna otağı və mətbəxinin bir hissəsi yanan mənzili icarəyə götürübmüş.
Hadisə yerinə baxış zamanı əməliyyatçılar 23,771 qram psixotrop dərman amfetamin və içində 6 patron olan 9 mm Makarov tapançasını aşkar edərək götürüblər.
Məlum olub ki, əməliyyatçılar həmin evin həyətinə gəldikdə M. Eyvazov mənzildə yoldaşları – 22 yaşlı Balakən rayon sakini Məhəmməd İlqar oğlu Abdullayev və Turan adlı şəxslərlə birlikdə olub.
Narkotik alverçiləri olduqları təxmin edilən həmin şəxslər hüquq-mühafizə orqanlarının işçilərini pəncərəsindən görən zaman izi itirmək üçün amfetamini vanna otağında yandırmaq qərarına gəliblər. Bundan sonra onlar gizləniblər.
Hal-hazırda cinayət-axtarış müvəkkilləri həmin şəxslərin axtarışını davam etdirir.
Polis yanan ərazidən yalnız 23,771 qram psixotrop dərman götürə bilib.
İstintaq prosesi zamanı saxlanılan şəxs amfetaminin ona deyil, M. Abdullayeva aid olduğundan yanmazdan əvvəl orada nə qədər psixotrop maddə olduğunu bilmədiyini deyib.
Faktla bağlı istintaq davam edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024