Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (24-09-2019, 09:30)
Bakıda həbs olunmuş “general” Fransadan aldığı tapşırıqları yerinə yetirib? - FOTO

 
İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı Firdovsi Ələkbərovun həbsi ilə bağlı yeni maraqlı detallar ortaya çıxıb.
Bundan əvvəl Oxu.Az dələduzluqda ittiham olunan “hüquq müdafiəçisinin” həbsi ilə bağlı məlumat yaymışdı. Sentyabrın 23-də, axşam Bakı Şəhər Baş Polis İdarəsi məsələ ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, F.Ələkbərovun işi üzrə istintaqı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi aparır (MCMİ).
Sözügedən şəxs özünü CIPDH-in Mərkəzi Asiya bürosunun rəhbəri kimi təqdim edir və general adı aldığını söyləyirmiş. Sonra F.Ələkbərov ayrı-ayrı şəxslərə onları öz nümayədəliklərində rəis vəzifəsinə təyin edəcəyinə dair söz verib, general, polkovnik və sair kimi ad almalarına yardım göstərəcəyinə inandırıb. Bundan başqa, o, müxtəlif şəxslərə diplomatik pasportun hazırlanması ilə bağlı işlərdə köməyini təklif edirmiş. Beləliklə, o, üç nəfəri aldaradaq, onlardan 34 min manat məbləğində pul alıb. Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisində axtarışlar zamanı onun özünə məxsus saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər, eyni zamanda iki dəst general forması aşkarlanıb.
 
Bundan sonra F.Ələkbərova qarşı irəli sürülən dələduzluq ittihamı iki başqa maddə (CM-in 178.2.2 – təkrar dələduzluq və 178.2.4 – külli miqdarda ziyan vurma) əvəzlənib, o həm də CM-in 320.1 maddəsi ilə (saxta sənəd hazırlanması və satışı) də ittiham olunur.
Xatırladaq ki, sentyabrın 22-də Nərimanov rayon məhkəməsi F.Ələkbərovla bağlı üç aylıq həbs qərarı çıxarmışdı. F.Ələkbərov bundan əvvəl Rusiyada mənimsəmə və dələduzluqda ittiham olunaraq, həbs edilib. Sonradan F.Ələkbərov Azərbaycana deportasiya olunub. Bu “generalın” müdafiəsini vəkil Ülvi İsmayılov öz üzərinə götürüb. Ötən şənbə, sentyabrın 21-də MCMİ-də olarkən dava salıb və beləliklə də, F.Ələkbərov və İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı nümayəndəliyinin əsl direktoru İsmayıl Ağayevlə aparılan istintaq hərəkətlərinə mane olub. Bundan başqa, vəkil etik qaydaları pozaraq, İ.Ağayevi təhqir edib. Öz növbəsində İ.Ağayev də Vəkillər Kollegiyasına müraciət imzalayıb və qurumun sədri Anar Bağırovu Ü.İsmayılovla bağlı nizam-intizam tədbirləri görməyə çağırıb.
Ən maraqlısı budur ki, saxlanılan şəxs özündə heç bir günah görmür və qanun çərçivəsində hərəkət etdiyini bildirir. O, “İnternational Human Rights Defence committe”-in Fransa rəhbərliyinin təlmatları ilə hərəkət etdiyini bildirir. İndi yalnız Fransadan məhz kimin və nə məqsədlə F.Ələkbərovla əlaqə yaratdığını öyrənmək qalır. Onu da qeyd edək ki, saxlanılan şəxsin rəhbəri olduğu CIPDH Mərkəzi Asiya bürosu Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024