Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (30-11-2018, 11:44)
Türk sevgilisini öldürən azərbaycanlı qadınla bağlı qərar verildi

 Türkiyənin Konya şəhərində doqquz aylıq körpəsini boğduğunu iddia edərək, 34 yaşlı sevgilisi Ümid Gökəri öldürən 28 yaşlı azərbaycanlı Aysel Ehsme həkim müayinəsindən keçirilib.
Mediatv.az  Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, həkimlər Ayselin psixi durumunun normal olduğunu açıqlayıblar.
Bundan sonra, məhkəmə azərbaycanlı qadının həbsdə saxlanılması ilə bağlı qərar verib və iclas qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, hadisə 2017-ci il yanvarın 1-də Selcuklu rayonunun Bosna Hersek məhəlləsində baş verib. Konyadakı gecə klublarından birində işləyən Aysel 39 yaşlı həyat yoldaşı M.E.-dən 2 il əvvəl boşansa da, birlikdə yaşayırmış. Cütlüyün bu müddətdə Əmir adlı oğlu dünyaya gəlib. Daha sonra Aysel körpəsi ilə birlikdə Ümidin evinə köçüb.
Hadisədən bir gün əvvəl Aysel doqquz aylıq övladını sevgilisinin yanına qoyub və işə gedib. Bir neçə saat sonra Ümid uşağı huşsuz vəziyyətdə xəstəxanaya çatdırıb. O bildirib ki, uşaq yataqdan düşüb və huşunu itirib. Həkimlər vəziyyətdən şübhələndikləri üçün polisə məlumat veriblər və Ümid həbs edilib. Ancaq bir müddət sonra azadlığa buraxılıb və Aysellə görüşmək qərarına gəlib.
Görüş zamanı Aysel sevgilisinə körpəni öldürmək istədiyi iddiası ilə hücum edib və yeddi bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Ümidin həyatını xilas etmək mümkün olmayıb.
Polisdə dindirilən Aysel əməlini etiraf edib:
“Həkimlər dedilər ki, körpənin beyninə hava getmir. O, övladımı boğmaq istəyib. Ona görə öldürdüm. Peşmanam”.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024