Kriminal (20-11-2018, 13:00)
Sələmçi qadının tutdurduğu şəxslərə bəraət verildi

Mediatv.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apellyasiya şikayəti təmin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Hər iki təqsirləndirilən şəxsə bəraət verilib. Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Heydərov 11 il 6 ay, C.Aslanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxlanıb. Onların həbsinə səbəb Naxçıvan sakini, yaşlı qadının iddia ərizəsi olub.
Belə ki, Zemfira Baxışəliyeva 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək quldurluqla üzləşdiyini bildirib. O, ilkin izahatında qeyd edib ki, üç nəfər naməlum şəxs evinə basqın edib, həmin şəxslər onun 20 min manatını, 800 manat dəyərində qızılını aparıb.
Qeyd edək ki, Zemfira Baxışəliyeva əvvəllər məhkum olunub. O, ərini xüsusi amansızlıqla öldürdüyü üçün doqquz il həbsxana həyatı yaşayıb. Həbsdən çıxan Zemfira Baxışəliyeva Binəqədi qəsəbəsində məskunlaşıb. Onun faizə pul verən qadın kimi də tanındığı bildirilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025