Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-10-2018, 13:00)
Xadiməni avtomobillə vurub öldürən keçmiş serjanta hökm oxundu - ÖZƏL

Xadiməni avtomobillə vurub öldürən keçmiş serjanta hökm oxundu - ÖZƏL

 

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mediatv.az-ın  xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Əlizadə Kazımov müdafiə nitqi ilə çıxış edib.

O deyib ki, keçirilən təkrar ekspertiza zamanı da sübuta yetirilib ki, N.İbrahimlinin avtomobili saxlamaq üçün texniki imkanı olmayıb:

“Buna görə hesab edirəm ki, o, günahsızdır və barəsində bəraət hökmü çıxarılmalıdır”. 

N.İbrahimli son sözlə çıxış edərək, bəraət verilməsini məhkəmədən xahiş edib. 

Sonra hökm oxunub. 

Hökmə əsasən, N.İbrahimli barəsində bəraət hökmü çıxarılıb. 

İttihama görə, ötən il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski - 99 ünvanında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə, piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Ə.İdrisova 5 nömrəli Xəstəxanada xadimə işləyib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024