Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-07-2018, 09:04)
Rəqsanənin keçmiş sevgilisinə yeni hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediatv.az-ın  məlumatına görə, məhkəmənin hökmü ilə Fərid Azayev 11 il, Faiq Azayev 6 il 6 ay, İsif Azayev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S.M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Bununla əlaqədar onlara qarşı CM-nin 144-cü (adam oğurluğu) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. 

2017-ci il fevralın 21-də bu maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Sona Kərimova isə 2700 manat cərimələnib.

Onlar həbsdə olduqları müddətdə ataları İsif Azayev də saxlanılıb. Bu dəfə Azayevləri istintaq CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirib. 

Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024