Kriminal (25-03-2018, 11:00)
Nərimanovda atışma: Ölən var
Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı martın 23-də Masallı rayonunda silahlı hücumda iştirak edən cinayətkar qruplaşmanın üzvünü zərərsizləşdirilib.
Mediatv.az-ın məlumatına görə, əməliyyatçılar Zaur Əliyevin izinə düşüblər və onu Nərimanov Rayon Prokurorluğunun binası yaxınlığında zərərsizləşdiriblər.
Ekspertlər Əliyevin cəsədi üzərində çoxsaylı güllə yarası aşkarlayıblar.
Xatırladaq ki, ötən gün 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Report.Az saytının əldə etdiyi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib.
“Mercedes” markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kənindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.
İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.
İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir