Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Karusel (16-02-2018, 10:48)
İsmayılov qardaşlarına “killer”lə söhbətə görə iş açılıb

İsmayılov qardaşlarına “killer”lə söhbətə görə iş açılıb

 

Rusiyanın İstintaq Komitəsi, istintaq versiyasına görə, 2016-cı ilin may ayında iki milyon dollara Moskva şəhərinin kənarında iki nəfərin qətlini təşkil etmiş Rafiq İsmayilovun işi üzrə araşdırmanı yekunlaşdırıb.

Mediatv.az  xəbər verir ki, müstəntiqlər onun qardaşı, “Çerkizov” bazarının keçmiş sahibi, axtarışa verilən Telman İsmayılovun maddi münaqişədən qaynaqlanan cinayətin sifarişçisi olduğunu hesab edir.

İstintaqda başqa bir iştirakçı hazırda cinayət məsuliyyətindən gizlənən Daxili İşlər Nazirliyinin  Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılovdur.

Rafiq İsmayılovla bağlı istintaqın yekunlaşması barədə onun vəkilləri xəbər verib. İstintaq versiyasına görə, Rafik İsmayılov iki nəfərin qətlinin təşkilatçısıdır.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi və 222-ci maddəsinin (qanunsuz silah dövriyyəsi) 2-ci hissəsi üzrə rəsmi ittiham irəli sürülüb.

Cinayət işində İsmayılov ailəsinin daha iki nümayəndəsinin adları hallanır: Rusiya İstintaq Komitəsi tanınmış azərbaycanlı biznesmen Telman İsmayılovun cinayətin sifarişçisi olduğunu hesab edir.

İttihama görə, İsmayılov qətllərin törədilməsinə iki milyon dollar pul ayırıb, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılov isə belə cinayətlərin araşdırılma metodları ilə yaxşı tanış olduğundan qohumlarına izləri itirməkdə, cinayət silahını gizlətməkdə və aradan çıxmaqda kömək edib.

“Stroy-market” Ticarət mərkəzinin sahibi Vladimir Savkin və “Lyublino Motors” şirkətinin sahibi Yuriya Brılyova 15 may 2016-cı ildə yaxın məsafədən güllələnib. Onların meyitləri 30-cu kilometrdə, Novorijsk şossesində, yolun kənarında dayanan  qapıları açıq “Toyota Land Cruiser”də aşkarlanıb.

Məlum olub ki, avtomobil Savkinə məxsus olub və hər iki biznesmen arxa oturacaqda əyləşən qatil tərəfindən ənsə nayihəsindən güllələnib.

Müəyyən edilib ki, sui-qəsddən əvvəl “Toyota Land Cruiser” yanacaqdoldurma məntəqəsində parklanıb. Daha sonra məntəqəyə gümüşü rəngli “Mercedes” daxil olub, içindən bir kişi çıxaraq  yolsuzluq avtomobilinə minib.

Qətlə yetirilmiş qurbanların telefon zənglərini araşdırmış əməliyyatçılar onların ölümdən əvvəl tanışları Mehman Kərimovla danışdıqlarını müəyyən edib. YDM – təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə məhz onun biznesmenin maşınına mindiyini görmək olur.

“Mercedes”də sükan arxasında isə, istintaqa əsasən, Rafiq İsmayılov olub. Onların hər ikisi saxlanılıb.

Mehman Kərimov həbs olunduqdan dərhal sonra törətdiyi əməli etiraf edib, daha dəqiq desək, yolsuzluq avtomobilində arxa oturacaqda biznesmenlər olduğunu təsdiqləyib. Ancaq Vladimir Savkinin qohumları deyir ki, “killer” qətlin təşkilatçılarını müdafiə etməyə çalışır. Onlar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduqdan sonra iş üzrə materiallar Baş İstintaq İdarəsindən Komitənin mərkəzi aparatına ötürülüb.

Nəticədə 22 sentyabr 2016-cı ildə Rafiq İsmayılov yenidən qardaşı, keçmiş əməliyyatçı Vaqif İsmayılovun evində saxlanılıb.

Daha sonra Kərimov yüngülləşdirici hal üçün müstəntiqlərlə razılaşmaya gələrək, yeni ifadə verib. Həmin ifadəyə görə, Telman İsmayılov qohumlarından Savkinin “işinə baxmağı” tələb edir və bunun üçün iki milyon dollar ayırır.

Kərimov bu söhbəti eşitdiyini qeyd edir. İstintaq Komitəsinin versiyasına görə, sifarişli qətllərin motivi biznesmenlər arasında yaşanan maddi zəminli münaqişə olub. Bu ifadədən sonra Telman İsmayılov və onun qardaşı Vaqif də cinayətin iştirakçıları olaraq araşdırılmağa başlanıb.

İsmayılov qardaşları iki qətllə bağlı ittihamları rədd edir. Müdafiə tərəfi bildirir ki, biznesmenlə Savkin arasında heç bir maddi münaqişə olmayıb.

Müdafiə tərəfinin vəkillərinin dediyinə görə, Mehman Kərimov cəzasının yüngülləşdirilməsi məqsədilə müstəntiqlərə uydurma ifadə verib.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024