Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (27-09-2017, 11:06)
Qayınanasını bıçaqlayan şəxsə yüngül cəza verildi

Qayınanasını bıçaqlayan şəxsə yüngül cəza verildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Naiq İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov çıxış edib.

Bildirib ki, zərərçəkmiş şəxsin müdafiə etdiyi şəxsdən heç bir şikayəti yoxdur. Vəkil müdafiə etdiyi şəxsə ən aşağı cəzanın verilməsini istəyib. Vəkil deyib ki, hadisə baş verən zaman onların yanında uşaqlar olmayıb və bu, məhkəmədə sübuta yetirilib.

N. İsgəndərov da vəkili ilə razı olduğunu deyib. Müşavirdən sonra hökm oxunub. Hökmə əsasən, onun ittiham edildiyi 126.2.3-cü (xüsusi amansızlıqla xəsarət yetirmə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəyə tövsif edilib. Onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı çıxışında N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, N.İsgəndərov ailə münaqişəsi zəminində qayınanası Hüri Qurbanovanı bıçaqlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024