Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-09-2017, 15:59)
AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - SUİ-QƏSD PLANLARI YAYILDI

AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - SUİ-QƏSD PLANLARI YAYILDI

 

 

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhd etməkdə təqsirləndirilən Şücayət Əkbərova verilən ittiham məlum olub.

Mediatv.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, rəsmi ittihamda bildirilir ki, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövrdə Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq silah, döyüş sursatı əldə edib, saxlayıb.

O, həmçinin başqa cinayəti gizlətmək məqsədi ilə tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. Ş.Əkbərov A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.

Cinayət materialına görə, o, həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədi ilə Namazov Musabi Əfqan oğlu, Cəbiyev Qoçali Seyfəddin oğlu, Şirinov Zöhrab Məhərrəm oğluyla birlikdə A.Alışanovu qəsdən öldürmək barədə razılığa gəlib. Ş.Əkbərov adıçəkilən şəxslərlə mütəşəkkil dəstədə birləşərək, törədiləcək cinayət əməlinin planını hazırlayıb, vaxtını, yerini, üsulunu, dəstə üzvlərinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin, onları silah və patronla təchiz etməklə, mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib.

Ş.Əkbərov bunun müqabilində  dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

Daha sonra o, 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi qəsdən öldürməyi sifariş edib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.

Bundan sonra Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında cinayətkar fəaliyyətini davam etdirərək, A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yeni tapşırıq verib. Q.Cəbiyev isə əvvəllər məhkum olunmuş tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Cəfərov Dəyanət Vidadi oğlunun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota land Cruiser”i Çuxuryurd-Şamaxı şosesində hərəkətdə olarkən, yüksək sürətdə vuraraq, hündürlükdən dərəyə salmaq planı hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcəyi vaxt və A.Alışanovun içərisində olacağı avtomobil barədə məlumat verib. Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı  avtomobilə əyləşib. Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb. Sui-qəsdçi Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq, yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək, idarəetməni itirib.

Daha sonra, Ş.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini təşkil edən ümumilikdə 3 min manat pul vəsaitini 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi olan dövr ərzində müxtəlif tarixlərdə hissə-hissə Z.Şirinova verib. Ş.Əkbərov 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə, qəsdən öldürmək qərarına gəlib. Lakin yenə onların istəkləri baş tutmayıb.

Ş.Əkbərov sürücüsü Hüseynov Aqşin Tarix oğlu və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə cinayət aləti olan AKS-74U Kalaşnikov avtomat silahı Z.Şirinovdan geri alıb. O, A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün onu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən, odlu silahlardan atəş açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb. Daha sonra M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanları məlumat alıb.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs-qətimkan tədbiri seçilib. M.Namazov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Şücayət Əkbərov istintaqa ifadəsində göstərib ki, o, ehtimal edilən cinayət əməlini törətməyib.

"Bu ittihamlar qərəzli, sifarişli olmaqla, onun əmlakını ələ keçirmək məqsədi ilə Arif Alışanov, sürücüsü Hacı Babayev və Namazov Müsabi  tərəfindən təşkil edilib. Hacı Babayev məni Arif Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq məsədi ilə M.Namazovla birlikdə bu cinayət hadisəsini quraşdırıblar. Hacı Babayev tərəfindən quraşdırılmış cinayətdə  M.Namazov əsas iştirakçı və təhrikçidir. Hər iki şəxs çox asanlıqla istintaq orqanını və A.Alışanovu aldadıblar".

Təqsirləndirilən şəxs qeyd edib ki, Alışanovla yaxşı münasibətləri olub: "Yaxşı pul qazanmışıq. Alışanovun ölümü ilə mən bu gəlirdən məhrum olurdum. Alışanovun milyonlarla dəyəri olan əmlakları mənim adıma deyil, Hacı Babayevə etibarnamə və çıxarışlarla məxsus olub.  A.Alışanovun ölümü ilə onun aldığı əmlakların hamısı H.Babayevin mülkiyyətində qalmış olurdu. Belə olan halda sual olunur, A.Alışanovun ölümü kimə sərf edirdi? Əlbəttə, H.Babayevə".

Bu yaxınlarda Nəsimi rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə baxılıb.

Məhkəmənin qərarına əsasən, vəsaətət təmin edilməyib.

Təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev bildirib ki, müvəkkili heç bir ittihamı qəbul etmir və sifariş əsasında həbs edildiyini deyir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024