Kriminal (7-08-2017, 12:12)
Keçmiş MTN polkovnikinə cəza verildi
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevinsədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, M. Əsgərov 1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.
Qeyd edək ki, ötən iclasda prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.