Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Karusel (12-05-2014, 22:30)
“Lotos”un sahibi sürücünü döydürüb

“25 nəfər mühafizəçi idi. Tutub apardılar məni “Lotos”un zirzəmisinə. Orada ayaqlarının altına salıb təpiklədilər. “Lotos”un sahibi Hacı Araz da dayanıb məni döyənlərə baxırdı. Qışdırırdım, polisə şikayət edəcəyimi deyirdim” – bu sözləri “Yeni Müsavat”a Naxçıvan sakini, 32 yaşlı
Elman Balaş oğlu İbrahimov deyib. Onun sözlərinə görə, Bakıda sərnişin daşıyan şirkətlərdən birinə məxsus “Deu” markalı, Az 10 TG 390 nömrə nişanlı avtobusun sürücüsüdür. Bu il aprelin 26-da Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyasının yaxınlığında dayanacaqda dayanarkən tanımadığı bir maşının sürücüsü avtobusun arxasında dayanaraq siqnal verməyə başlayıb:
“Ağ rəngli “Leksus” idi, nömrəsi də Az 10 ZS 007. Dayanacaqda saxlayıb sərnişinlərin avtobusa minməsini gözləyirdim ki, başladı siqnal verməyə. Əllə yandan ötüb getməsini işarə etdim. Düşüb maşından gəldi, məni söyüb təhqir elədi. Sonra da kiməsə zəng elədi. Sonradan bildim
ki, məni söyüb təhqir edən  yaxınlıqdakı “Lotos” ticarət mərkəzinin sahibidir, zəng etdiyi şəxs isə ticarət mərkəzinin mühafizə xidmətinin rəisidir. Onun zəngindən sonra 25 nəfərə yaxın mühafizəçi gəlib avtobusa doldular. Məni döyə-döyə avtobusdan düşürüb apardılar “podval”a”.
Sürücü deyir ki, öldürüləcəyini düşünürmuş: “Məni elə təpikləyirdilər ki, sanki əllərinə düşmən keçmişdi. Döyüb qan içində apardılar polisə”.
E.İbrahimovun sözlərinə görə, polisdə ona deyiblər ki, şikayət edəcəyi təqdirdə şərlənərək həbs ediləcək. Buna baxmayaraq, o, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib: “İşi verdilər Nizami rayon Polis İdarəsinin müstəntiqi Kənan Rzayevə. Məhkəmə tibb ekspertizasından da keçmişəm. Amma istintaqdan bir xəbər yoxdur. Mən prezidentə, daxili işlər nazirinə şikayət yazmışam. Amma cavab almamışam”.
E.İbrahimov deyir ki, Hacı Arazla yanaşı onu döyən 25 mühafizəçisinin də cəzalandırılmasını tələb edir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024